Blinken Bağdada gedəcək
ABŞ dövlət katibi Entoni Blinken bazar günü, noyabrın 5-də Bağdada səfər edəcək və burada İraq hakimiyyəti ilə danışıqlar aparacaq.
Yenixeber.org: Bu barədə “Baghdad Today” portalı məlumat yayıb.
Qeyd olunur ki, Blinken İraqın Baş naziri Məhəmməd əl-Sudani və ölkənin xarici siyasət idarəsinin rəhbəri Fuad Hüseynlə görüşəcək.
Dövlət katibi Qəzzadakı müharibədən sonra bölgədəki vəziyyətin inkişafını müzakirə etmək niyyətindədir.