Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Aygün Attar "Od püskürdü":“Sən kimsən, kimi kimin torpağından qovarsan?”

 

“Günlərdir ki, Azərbaycana qarşı ən ağır təhqirlərlə dolu təkəbbürlü insanların postlarını görürəm. Mən sizi sorğu-sual etmirəm, amma kobudluğun, həyasızlığın da həddi var”.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Prof. Dr. Aygün Attar deyib.

Aygün Attar Türkiyə-Azərbaycan qardaşlığından (ifrat “solçulardan” tutmuş, din pərdəsi altında ən “sağ təəssübkeşlərə” qədər) narahat olan təbəqəyə cavab verib.

O, mikrofonlar önündə “Azərbaycanlıların ölkəmdə olmasını istəmirik” deyənlərə etiraz edərək, “Sən kimsən, kimi kimin torpağından qovarsan?” deyə təpki verib: “Türküstanın milli mücahidlərindən Mustafa Çokayın dediyi kimi, “Hər türkün iki vətəni var: Birincisi doğulduğu yer, ikincisi Türkiyə”. Ona görə də dünyadakı hər bir türkün vətəni Türkiyədir”.

A.Attar qeyd edib ki, müharibədə günahsız körpələrin öldürülməsi, Qərbin Qəzzada baş verənlərə ikiüzlü susqunluğu əksəriyyəti maraqlandırmır: “Azərbaycana iyrənc nəfəslə hücum edən rəzil zehniyyətlər, sizin probleminiz türklükdədir, Qəzza bəhanədir. Qəzzada şəhid olan müqəddəs ruhları Azərbaycana qarşı kin və nifrətinizə alət etməyin, utanın.
Sizin narahatlığınız Türkiyə ilə Azərbaycan arasında münasibətləri korlamaqdan və Azərbaycana qarşı ictimai narazılıq yaratmaqdan ibarətdir” deyən professor ancaq onların heç bir uğur qazana bilməyəcəklərini bildirib.

 ““Ürəyimiz Azərbaycandır, qəlbimiz Türkiyədir” deyənlərin sırasındayıq! Biz birlikdə daha güclüyük!”, - deyə Aygün Attar vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam