Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Putin nüvə sınaqları ilə bağlı bu qanunu rəsmən ləğv etdi

 

Rusiya prezidenti Vladimir Putin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqavilənin ratifikasiyasını ləğv edən qanunu imzalayıb. 

Yenixeber.org xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilib. Sənəd dinc məqsədlər də daxil olmaqla nüvə partlayışlarını qadağan edir.

Daha əvvəl Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, ratifikasiyadan imtina Rusiya Federasiyasının nüvə sınaqları keçirmək niyyətində olması demək deyil. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski izah edib ki, Rusiya sazişdən çıxmır, yalnız ratifikasiya sənədini geri götürür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam