Nazir Vilayət Eyvazov Ağcabədidə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 1-də Ağcabədi, Zərdab, Bərdə, Laçın və Ağdam rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenixeber.org-a verilən məlumata görə, qəbul Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək.
Qeyd edilib ki, sözügedən qəbulun keçirilməsi oktyabr ayının 25-də nəzərdə tutulsa da, tarix noyabr ayının 1-nə dəyişdirilib.