Bu ölkə Fələstinə yardımları dayandırdı
Danimarka hökuməti Fələstinin inkişafı ilə bağlı yardımını dayandırmaq qərarına gəlib.
Yenixeber.org: Bunu ölkənin inkişaf, əməkdaşlıq və qlobal iqlim siyasəti naziri Den Yorgensen deyib.
Onun sözlərinə görə, qərar bu gün hökumətdə təmsil olunan partiyaların iclasında qəbul edilib.
Nazir Danimarka vəsaitlərinin İsrailə hücumlarda istifadə edilməməsi üçün Fələstinə dəstəyin təfərrüatlı tədqiqi üzərində işə başlandığını bildirib.