Kadırov indi də 15 yaşlı oğlunu "Çeçenistan qəhrəmanı" edir
Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adəm Kadırov Çeçenistan Qəhrəmanı adına layiq görülüb.
Yenixeber.org: Bu barədə çeçenistanlı deputat Adəm Delimxanov məlumat verib.
Delimxanov bildirib ki, o, gənc yaşlarından liderlik və təşkilatçılıq keyfiyyətlərini nümayiş etdirib, həmişə öz inkişafı üçün çalışıb", - deputat bildirib.
Qeyd edək ki, Qroznıda istintaq təcridxanasında olarkən Adəm "Qurani-Kərim"i yandıran Nikita Juraveli döyüb.