Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşəcəklər

Bu ay Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.
Yenixeber.org: Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “France-Presse”ə açıqlamasında deyib. O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb: “Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”.