Rusiya sülhməramlıları Qarabağdakı postlarını bağladı -FOTO
Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsinin Ağdər, Əsgəran və Şuşa rayonlarında keçmiş qoşunların təmas xətti boyunca yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıb.
Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində məlumat verilib.
Bülletendə qeyd olunur ki, gün ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında atəşkəs rejiminin pozulması qeydə alınmayıb.