Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Alimpaşa Məmmədovun bu əmlakları müsadirə ediləcək -SİYAHI

eks-icra-bascisinin-bu-emlaklari-musadire-edilecek

Məlum olduğu kimi, prokuror Şəmkirin vəzifə cinayətlərində ittiham olunan sabiq icra başçısı Alimpaşa Məmmədova 13 il həbs cəzası tələb edib.

Yenixeber.org: Məlumata görə, dövlət ittihamçısı çıxışında keçmiş icra başçısının üzərinə həbs qoyulmuş əmlaklarının da gələcək taleyinə münasibət bildirib.

Prokuror deyib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar sübuta yetirilib və üzərinə həbs qoyulmuş əmlakların cinayət yolu ilə əldə edildiyi müəyyən edilib.

Bu əsasla A.Məmmədovun aşağıda qeyd olunan 2 milyon manatlıq əmlakının dövlət nəfinə müsadirə olunmalıdır:

1. “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat);

2. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)

Qeyd edək ki, istintaq dövründə A.Məmmədovun ailəsinə məxsus, bazar dəyəri 8 milyon manat qiymətləndirilən “AzForel” MMC-nin də üzərinə həbs qoyulmuşdu.

Növbəti prosesdə vəkillər ittihamçının çıxışına münasibət bildirəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam