Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Metyu Millerin bəyanatına cavab -RƏSMİ

resmi-bakidan-metyu-millerin-beyanatina

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin 31 avqust tarixli bəyanatı ilə bağlı şərh verib.

Yenixeber.org: Şərhdə deyilir:

"Azərbaycan ABŞ Dövlət Departamentinin bölgədəki vəziyyətlə bağlı bəyanatını qeydə alır. İlk növbədə, Azərbaycan tərəfinin erməni əsilli sakinlərin təlabatlarının ödənilməsi istiqamətində təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifini irəli sürməsinin, eləcə də gündəlik əsasda onlarla erməni sakinin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçməsi fonunda bölgədə “blokada” olması iddiaları qəbuledilməzdir.

Erməni sakinlərin bəzi nümayəndələrinin Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş və hazırda Xankəndinə keçidi gözləyən yük maşınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması şəraitində bölgədə “gərgin humanitar vəziyyət” mövcudluğu iddialarını əsassız edir.

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında görüşün təşkili ilə bağlı Azərbaycanın erməni sakinləri dəfələrlə görüşə dəvət etməsi, bu istiqamətdə görüşlərin təşkili ilə bağlı əldə olunmuş razılıqlardan Ermənistan tərəfinin öz qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ tərəfinə yaxşı məlumdur.

Azərbaycan tərəfinin bu istiqamətdə təkliflərinin davamlı olaraq rədd edilməsi isə vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakter daşıdığını bir daha nümayiş etdirir.

Azərbaycan dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam