Kuleba Yens Stoltenberqlə danışdı
Ukrayna xarici işlər naziri Dmitri Kuleba NATO Baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb.
Yenixeber.org: Bu barədə Kuleba özünün "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, telefon danışığı zamanı Ukraynanın NATO-ya inteqrasiyası yolunda növbəti addımlar müzakirə olunub.
Kuleba və Stoltenberq Ukrayna-NATO Şurasının fəaliyyəti barədə də danışıblar.
"Mən həmçinin Baş katibə birinci Müdafiə Sənayesi Forumuna Ukraynanın hazırlığı barədə məlumat verdim", - Kuleba qeyd edib