Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Priqojin belə dəfn edildi -Vidalaşmaq istəyənlər...

Priqojin də dəfn edildi, amma

"Vaqner" muzdlularının təsisçisi Yevgeni Priqojin 2023-cü il avqustun 29-da Sankt-Peterburqdakı Poroxovski qəbiristanlığında dəfn edilib.

Yenixeber.org: Dəfn mərasimi “qapalı formatda” keçirilib. Vida mərasimi yalnız qohumların və yaxın dostların iştirakı ilə baş tutub.

“Yevgeni Viktoroviçlə vidalaşma qapalı formatda baş tutdu. Vidalaşmaq istəyənlər Poroxovskoye qəbiristanlığını ziyarət edə bilərlər", - "Concord" qrupunun mesajında deyilir.

Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var. "Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.

24 saatlıq sükutdan sonra Rusiya prezidenti Vladimir Putin təyyarədəki 10 nəfərin hamısının ailələrinə “səmimi başsağlığı” verib və Priqojini “istedadlı iş adamı” adlandırıb.("Kommersant")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam