Paşinyan bu nazirləri işdən çıxaracaq - SİYAHI
İrəvan Ağsaqqallar Şurasına keçirləcək seçkilərindən sonra Nikol Paşinyan hökumətdə xeyli “təmizlik” aparacaq.
Yenixeber.org: Bu barədə “Hraparak” məlumat yayıb.
Hökumətdəki mənbələrin qəzetə verdiyi məlumata görə, ən azı beş nazirin kreslo ilə vidalaşacağı gözlənilir. Onların bəziləri vəzifələrini lazımınca yerinə yetirmədiklərinə, bəziləri korrupsiyaya bulaşdığına görə işdən çıxarılacaqlar.
Hələlik nazirlərə seçkilər öncəsi onlara toxunmurlar ki, hakimiyyətin reytinqi düşməsin
Vəzifədən qovulacaq məmurların siyahısına iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyanın, ətraf mühit naziri Akop Simidyanın, ədliyyə naziri Qriqor Minasyanın, sosial təminat naziri Narek Mkrtçyanın, yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryanın daxil olduğu bildirilir.