Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İlkin Süleymanovun vəsatətləri təmin edilmədi -MƏHKƏMƏ

 

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı amansızlıqda öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovla bağlı hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb. 

Yenixeber.org:  Gəncə Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov bir sıra vəsatətlər qaldırıb. 

Onlardan biri prosesin istintaqla aparılması, məhkəmə dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, bəzi epizodlar üzrə təkrar ekspertizalar aparılması ilə bağlı olub. Vəkil müvəkkilinin həbs olunarkən təzyiq altında ifadə verdiyini də məhkəmənin diqqətinə çatdırıb: “Bütün məsələlər, xüsusilə şübhəli hallar yenidən araşdırılmalıdır. İlkinlə bağlı hökm işin faktini halları ilə qətiyyən uyğunluq təşkil etmir.” 

Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər heyəti vəsatətləri əsaslı hesab etməyib. 

Prosesdə məlum olub ki, Nərmin Quliyevanın ailəsi də hökmdən 1 ay sonra apellyasiya şikayəti verib. Onlar İlkin Süleymanovun cəzasının ağırlaşdırılmasını tələb edirlər. Apellyasiya şikayəti verilməsi müddəti ötdüyünə görə bu məsələyə növbəti iclasda baxılacaq. 

Qeyd edək ki, cinayət hadisəsi 2020-ci ildə baş verib. İlkin Süleymanov həmkəndlisi-10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə, cəsədini yandırmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb. 

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam