Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Aİ:"Rusiya ucuz qiymətə taxıl satmaqla kasıb ölkələri özündən asılı vəziyyətə salmaq istəyir"

 “Rusiya ucuz qiymətə taxıl satmaqla kasıb ölkələri özündən asılı vəziyyətə salmaq istəyir”.

Yenixeber.org: Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel inkişaf etməkdə olan ölkələrə və G7 ölkələrinə göndərdiyi məktubda bildirib.

O, həmin ölkələri “Taxıl sazişi” ilə bağlı konkret mövqe ortaya qoymağa çağırıb. J.Borrelin sözlərinə görə, Rusiya aşağı qiymətlərlə taxıl tədarükü ilə bağlı ikitərəfli təkliflərlə həssas ölkələrə üz tutur, guya özünün yaratdığı problemi həll edir.

O qeyd edib ki, Aİ mövcud sanksiyaların üçüncü ölkələrin ərzaq təhlükəsizliyinə təsir göstərməməsi üçün əlindən gələni edir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"inin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”nin uzadılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışmaq niyyətində olduğunu bəyan edib. Ankara sazişin ən qısa zamanda bərpasını gözləyir.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam