Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub-FOTO

 

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü olub.

Yenixeber.org xəbər verir ki, Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlətimizin başçısı ilə görüşlərini böyük məmnunluqla xatırladı. O, Prezident İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə bir daha təbrik etdi.

Prezident İlham Əliyev təbrikə və yüksək mükafata görə minnətdarlığını bildirərək, Zayed Fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsinin və bəşəri dəyərlərinin dünyada təşviq edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndirdi.

Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi, həmçinin Roma Papası XIV Leonun və Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyibin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam