Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

NADİR ZİYADLI- şerlər

  • "Xeberinfo.com":
  • Çiçəklər açdı, gülüm,
  • Ətrini saçdı, gülüm.
  • Bəs sən niyə gəlmədin
  • Durnalar qayıdanda.
  • Nə uzaq düşdü günlər,
  • Özündən küsdü günlər.
  • Bəs sən niyə gəlmədin
  • Durnalar qayıdanda.
  • Dağlara düşdü səsim,
  • Dərdi üşütdü səsim.
  • Bəs sən niyə gəlmədin
  • Durnalar qayıdanda.
  • Dumana, sisə düşdüm,
  • Sənsizlik üzə düşdü.
  • Bəs sən niyə gəlmədin
  • Durnalar qayıdanda.
  • Göydə buludum doldu,
  • Baxtım, umudum doldu.
  • Bir dünya sənsiz oldu.
  • Bəs sən niyə gəlmədin
  • Durnalar qayıdanda.
  • 10.VI.1985
  •  
  • ÖTÜR BU QATAR...
  • Sən oxu qəlbimi, oxu bu axşam
  • Qoy səsin, özümü qaytarsın mənə.
  • Mən elə qəribəm, bu yer üzündə,
  • Bəlkə də, səsinlə gəldim özümə.
  • Nə nağıl istərəm, nə də var -dövlət
  • Bir şirin təbəssüm, təşnəsiyəm mən.
  • Bu payız günündə , son yarpaq kimi,
  • Sənin baxışınla, öləsiyəm MƏN...
  • Sənimi oxşayım, kövrək çicəyim
  • Mən qoca payızam, sənsə ilk bahar.
  • Səni oxşamağım, bu mümkün deyil
  • Elə bizli, bizsiz ötür bu qatar..
  • 27.09.2014.
  •  
  • XATIRLA MƏNİ…
  • Mənsizliyin, gülüm, səni sıxanda
  • Göz yaşların yanağından axanda,
  • Qəmli duran söyüdlərə baxanda –
  • Xatırla məni...
  • Düşsə yada gözlərimin həsrəti,
  • Unsuf gəzsən bu atəşi, nəfəsi
  • Sən eşitsən nalə çəkən qu səsi –
  • Xatırla məni...
  • Göy gurlasa, şimşək çaxsa qəfildən,
  • Təsəllisiz nida qopsa qəlbindən,
  • Soruşsalar itkin düşmüş sevgindən
  • Xatırla məni...
  • Gözlərindən qaçaq düşsə yuxular,
  • Yatağına dolsa soyuq, şaxta, qar,
  • O işıqdqa görsən tənha kölgə var –
  • Xatırla məni...
  • Xatırla məni...
  • 30. VIII.1984.
  •  
  • GECƏ NƏĞMƏSİ
  • Axar bulaqların şırıltısında,
  • Gecə quşlarının pıçıltısında,
  • Ürkək ulduzların parıltısında,
  • Bu gecə bahara qayıtmaq olmur,
  • Bu gecə gecəni ayıltmaq olmur.
  • Saçında bir isti nəfəsin yadı,
  • Gözündə mas-mavi dənizin adı,
  • Bu gecə yol alır payıza sarı,
  • Bugecə nəm dadır payızın dadı,
  • Bu gecə payızdan ayrılmaq çətin,
  • Bu gecə bahara qayıtmaq olmur.
  • Könlümdən keçən giziltilərimdən,
  • Qaşımda donacaq ilk heyrətimdən,
  • Bir də gözlərinin dərinliyindən,
  • Bir sarı gecəni soraqlar gecə,
  • Qaranlıq içində sayıqlargecə,
  • Əlimin içindən keçən cığırlar,
  • Əlimi bahara çatdıra bilmir,
  • Bu gecə bahara qayıtmaq olmur,
  • Bu gecə bağlanıb bahara yollar,
  • Bu gecə yuxumda bir gözəl ağlar,
  • Duyumlar içində, hisslər içində,
  • Bu gecə gözümdə payız bayılar,
  • Payızın sap-sarı qolları üstə,
  • Bahara tələsən yolları üstə,
  • Mənim ürəyimdə qırılar nəsə..
  • Bu gecə nağillar ünvan istəyər,
  • Bir ürək istəyər güman istəyər,
  • Hardasa, hardasa xatirələrdə,
  • Şəbnəmə bürünmüş otlar göyərər,
  • Bu gecə buludlar qəmimdən doymur,
  • Bu gecə o ürək, o güman hanı,
  • Bu gecə bahara qayıtmaq olmur.
  •  
  • 29.11.1982. Bakı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam