GED ARTIQ...!!!
- "Xeberinfo.com":
- Ged...!
- Ged deyirəm,
- Gedə bilsən get!
- Ged artiq!
- Yanacaq, qəlbim, ürəyim
- Axacaq, gözümün yaşı,
- Silmək istəsən;
- Əfsus ki,
- Silə bilməyəcəksən.
- Bir sevgi, iki könül,
- Mənim ola bilməyəcəksən
- Bu sevda yalanmış,
- Nədən,dolub qəlbinə.
- Get artıq, get!
- Susacaqsan, daha dinməyəcəksən,
- Ağlar gözümü görməyəcəksən.
- Yansın,bu könül daha bəsdir.
- Ömrümə xəzanı ,
- Daha az əsdir!
- Nə düşünürsən?
- Nədir diləyin?
- Bacara bildiyini et!
- Get, artıq get!
- Həyat sönsün gözümdə,
- Dilim lal olsun gözüm kor olsun
- Bitməz olsun sözümdə?
- Yanmırsan artıq.
- Verdiyin vədlər, verdiyin sözlər
- Yox artıq, yox artıq.
- Sönmüsən gözümdə
- Yanmayan ürəyin atəşi yoxsa,
- Nədir diləyin, bitsin sözündə
- Get...
- Get artıq, get!
- Məni düşünmə,
- Mənə qalsa...
- Eh... O ürək artıq yanmayacaq
- Olan oldu deyə;
- Olanları unudub danmayacaq.
- Amansız olacaq,
- Nə sevgi, nə məhəbbət,
- Daş edəcək qəlbini,
- Amma yonmayacaq.
- Axan çaylar,axmaz olsun.
- Çaxan şimşək çaxmaz olsun.
- Qəlbim təlatümə gəlsə belə,
- Yağmaq istəsə, yağmaz olsun
- Get...!
- Get artıq, get!
- Yoxsan, varlığım deyir
- Çəkdiyim acılar, darlığım deyir.
- Olmayacaqsan, nə yerdə, nə göydə
- Dərdimə ağlayacaq, dolan buludlar
- Göz yaşı tökəcək yerdə, göydə.
- Deyəcək, göynə sən, göynə!
- Goynəyən mən olacam,
- Dolan mən olacam.
- Səninlə, sənsiz,
- Solan mən olacam.
- Get , arama məni
- Bürüyəcək qurd tək
- Qəlbimi könlümü
- Qoruyacaq məni,
- Boşuna yalanlardan
- Qoruyacaq, dərdli yuvamı
- Xam ipək, atlas, toxuyan
- Kələfi açılmayan, yuvasında ölüb,
- Çox işıər görüb,
- İpəkdən don geyən
- Kəpənək adlı barama məni.
- Artıq get, yolun açıq olsun
- Salma, məni özümlə,
- Tarana məni, tarana məni!
- Artıq arama məni,
- Arama məni!!!
- TƏRANƏ ŞƏMS.06.10.2014.