NURAY NURDAN sətirlər...
- "Xeberinfo.com":
- Əllərim yazırsa, sevincim olur
- Düzdüyüm kəlmələr, bir incim olur.
- Dinləyən nənəm də, birincim olur
- Sizlərə yazıram, siz də oxuyun!
- Hərdən də, qələmim küsmək istəyir
- Məni hərdən yazın, deyib pisləyir.
- O məndən, küsəndə, mən də küsərəm
- Yazmaram, sözləri dilə düzərəm...
- Qələmim, qələmim yaz ey qələmim
- Mənə sən nazı da, az et qələmim!
- Nurayam dostumsan, küsməzsən məndən,
- İlhamım olmusan, səni sevəndən...
- 21.09.2014.
- Dəyişir sözümüz də
- Sinifdə əlaçıyam
- Sevir məni müəllimlər.
- Yaxşı qalır yadımda ,
- Müəllim deyən deyimlər.
- Ancaq onu bilirəm,
- Məktəb üçün yaramır,
- Biz geyinən geyimlər.
- Ətəklər dama-dama,
- Bir Azərbaycanlıyıq,
- Deylik, axı şotlanka
- Kiçik yaşlarda bizim
- Korlanır zövqümüz də,
- Əlifba da düz deyil,
- Dilimiz də dəyişir,
- Dəyişir sözümüz də,
- Sözümüz də, özümüz də...
- 20.09.2014
- SEVİRƏM XƏYALIMI..
- Xəyalım quş tək uça bilir
- Düşüncəmlə birgə
- Ürək dolu,könül dolu
- Məni, bərk-bərk quca bilir.
- Oxşayayıb tellərimi
- Köksünə, basır hərdən,
- Titrək, üşüyən əllərimi.
- Xəyalım mənimdir.
- Mənlə yaşayır.
- Göz görən əməlim,
- Xəyalımla başlayır.
- Sevirəm xəyalımı
- Mənə nələr bəxş edir,
- O, mənimlə yaşayır...
- 25.09.2014.
- Nuray Nurun təsuratları..ATAMLA GƏZİNTİ...
- Bacım və mənim arzum həmişə atamın iş vaxtı bitdikdən sonra gəzintiyə çıxmaq idi. Lakin atamın vaxtı məhdud olduğundan həmişə göləmişik ki, bu təklifi biz ondan eşidək. Üzü axşama döğru gedirdi. Gözləyirdik ki, atam axşam yeməyinə gələcək. Elə bu vaxt anamın mobilnisi zəng caldı... Anamın işi oduğundan, telfonu mən açdım.. Atamın səsini eşitdim və dediklərinə heç inanmadım. Atam mənə dedi ki, anana de, sizi hazırlasın axşam gəzintisinə çıxasıyıq. Atam sonda qeyd etdi ki,hazır olun mən evə çatanda sizə telfon açacam və o zaman aşağı düşərsiz.. Mən çox sevincək halda həm anamı məlumatlandırdım, həm də məndən kiçik bacım İnciyə xəbər verdim.. Hər ikimizin sevinci hədsiz idi. Biz paltarlarımızı yeniləyib vaxtın bitməsini səbrsizliklə gözləyirdik.. Nəhayət atam zəng etdi.və biz aşağı endik.Çatan kimi bacımla mən atamıza öz təşəkkürümüzü bildirdik. Atam bizi öpərək çox sağ ol dedi. Nəhayət biz yol aldıq H.Cavid parkına. Hava necə də xoş idi.Ama atamın əlindən tutub gəzmək bacımla mənə xüsusi zövq verirdi..Arada atam bizə öz uşaqlığından da danışdı..və həm də qeyd etdi ki, mən və qardaşım da sevərdik atamızla gəzintiyə çıxmağı.. Qısası gəzə-gəzə atamızla ürədolusu söhbət etdik.. Cavid parkını gəzib əyləndikdən sonra biz Akademiyyanın bağına keçdik və bir azda oralarda gəzişdik. Nəhayət bacım İncinin yuxusu gəldiyindən, və saatın irəlləməsini nəzərə alaraq fikirləşdik ki,evə dönək. Gəzintimizdən çox razı qaldıq.. Lakin yadda qalan o oldu ki, bacım İNCİ yolboyu atamın boynunda evə gəldi.. Amma qəlbimdə atama ürəyim ağrıdığından bacıma bərk əsbləşmişdim. Axı atam işdən yorğun gələrək bizi gəzintiyə çıxarmışdı.. EH.. mən də bütün uşaqlar kimi atamı çox sevirəm.. Axı, mən atamın həm nuruyam, həm də ayı... Bunu mənə atam söz düşəndə həmişə deyir.. Mən də sevinirəm ki, atamın çox sevilən qızıyam.
- 28.09.2014.