Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

XƏZANA DÖNSÜN...

 

 

"Xeberinfo.com":

 

O sənli, dünyamı görürəm sənsiz

 

Xəyalın ruhumla, bölürəm sənsiz

 

Can verib, uğruna ölürəm sənsiz,

 

Payımsa bu ömür, xəzana dönsün.

 

Üşüyür qəlbimin yanar guşəsi

 

Duymaq istəsəm də,ilıq nəfəsi,

 

Dərdlərim qol açıb, yolu kəsəsi,

 

Hayımsa bu ömür, xəzana dönsün.

 

Yaqmur tök payızım, islat qəlbimi

 

Təmizlə könlümü, boşalt qəlbimi

 

Mürgülüı, röyadan oyat qəlbimi,

 

Yayımsa bu ömür, xəzana dönsün.

 

Dünyaya gələli, gözüm ağlasa

 

Ağrısa ürəyim, dözüm ağlasa.

 

Yazdığım kəlmədə, sözüm ağlasa,

 

Yaşanan bu ömür xəzana dönsün.

 

 

 

TƏRANƏ ŞƏMS..20.10.2014.

 

 

SÖKƏR..

 

Yadıma düşürsən, inan hər gecə

 

Hökm edir, yuxuma gizli düşüncə.

 

Qələmim vəsv etsə, hər xəyalını,

 

Acışır gözlərim , sətrə düzüncə.

 

Yuxumda nur saçır, gülən gözlərin

 

Məni, məndən alıb qıyğacı baxan,

 

Könlümü yandırıb odlara yaxan

 

Dilinə düzülən muncuq sözlərin.

 

Atmısan müjganı dəlib qəlbimi

 

Nədən sən uzaqsan, yerin qəlbimi?

 

Könlümü vermişəm o ki, sənindir,

 

Əlini ver mənə bölək dərdimi.

 

 

Mürgülü xəyalım,mənlə yol gedər

 

Sancılar yaxama,köksümü didər.

 

İzlər adım-addım, məni kölgə tək,

 

Dikilər yoluma, cismimi sökər..

 

 

TƏRANƏ ŞƏMS..15.10.214.

 

 

SEVƏNLƏRİN GÖZ YAŞI

 

Gözlərimdən axan yaş-

 

Səhərlərin şehidir.

 

Xəfif – xəfif pçıltı,

 

Yarpaqların mehidir.

 

O yaşdı ki, gözümdən

 

Yana – yana süzülür.

 

Sevgiyə gedən yola

 

Milvaritək düzülür.

 

Sevənlərin göz yaşı

 

Su tək pakdı, təmizdi.

 

Gözləri kor etsə də,

 

Əvəzsizdi, əzizdi.

 

Divanə olan könül

 

Qul olsa da zamana,

 

Yerdən, goydən üzülsə,

 

Möhtac deyil loğmana.

 

Aşiqlərin dərdini

 

Təbib də bilən deyil,

 

Vüsalı pay göndərib,

 

Göz yaşı silən deyil.

 

Urək yanar, göz ağlar,

 

Ocağımda köz ağlar.

 

Elə ağı deyərəm,

 

Kövrəlib də, SÖZ ağlar!

 

 

TƏRANƏ ŞƏMS.15.12.2011

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam