Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Abşeronda qanunsuz tikinti davam edir: Dövlət qurumlarının bir-birini təkzibi -FOTOFAKT

 

Abşeron rayonu, Binəqədi–Novxanı yolunda, SOCAR-ın qarşısında aparılan tikinti artıq sadəcə şübhə doğurmur – bu, rəsmi sənədlərlə təsdiqlənmiş qanunsuzluqdur. Maraqlısı isə odur ki, dövlət qurumlarının verdiyi cavablar bir-biri ilə ziddiyyət təşkil edir, nəticədə isə qanunsuz tikinti bütün sürətilə davam etdirilir.
Yenixeber.org: Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavabda bildirilir ki, Mehdiabad qəsəbəsi ərazisində vətəndaşın mülkiyyətində olan qeyri-yaşayış obyektində “yenidənqurma” işləri aparılır və guya bu işlər yalnız aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra davam etdirilə bilər. Lakin bu cavab nə tikintinin hazırkı mərhələsini izah edir, nə də faktiki vəziyyəti ört-basdır edə bilir.
Çünki Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məsələ ilə bağlı tam fərqli və hüquqi baxımdan son dərəcə ciddi faktlar açıqlayır. Nazirliyin rəsmi cavabında bildirilir ki, fiziki şəxs Axundova Nazənin Vaqif qızı tərəfindən aparılan tikinti işləri Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirilib. Bununla bağlı:26 dekabr 2025-ci il tarixində 1105 nömrəli qərarla tikinti işlərinin dayandırılması barədə göstəriş verilib və12 yanvar 2026-cı il tarixində 2151166 nömrəli inzibati xəta protokolu tərtib olunub.
 

Bu faktlar onu göstərir ki, söhbət sadə “yenidənqurma”dan yox, qanunsuz tikintidən gedir və bu artıq dövlət qurumu tərəfindən rəsmən təsdiqlənib.
Bəs tikinti niyə hələ də davam edir,FHN-in rəsmi qərarları niyə icra olunmur,Abşeron Rayon İcra Hakimiyyəti hansı əsasla bu prosesə göz yumur?
Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, icazəsiz və ya normativ tələblərin pozulması ilə aparılan tikinti işləri dərhal dayandırılmalı, qanun pozuntusu aradan qaldırılmadıqda isə tikilinin sökülməsi təmin edilməlidir.
İnzibati Xətalar Məcəlləsinin 222-ci maddəsinə görə, icazəsiz tikintiyə görə həm fiziki şəxs, həm də buna göz yuman vəzifəli şəxslər məsuliyyət daşıyır.FHN-in rəsmi dayandırma qərarı icra olunmur, tikinti faktiki olaraq davam edir. Bu isə artıq vəzifə səhlənkarlığı yox, qanunun icrasına açıq maneəçilikdir.Azərbaycan Respublikasının “Yerli icra hakimiyyətləri haqqında” Qanununa əsasən, rayon icra hakimiyyəti öz ərazisində şəhərsalma və tikinti fəaliyyətinə nəzarət etməyə, qanunsuz tikililərin qarşısını almağa birbaşa borcludur.Bu halda isə nəinki tikinti dayandırılmır, əksinə, sanki hansısa toxunulmazlıq zirehi ilə qorunur. Dövlətin bir qurumu “dayandırın” deyir, digəri isə susmaqla və ya qeyri-müəyyən cavablarla faktiki olaraq qanunsuzluğa şərait yaradır.Qanunsuz tikintiyə Abşeron Rayon İcra Hakimiyyətində hansı məmur siyasi və ya inzibati himayə göstərir?
Bu artıq təkcə bir tikinti məsələsi deyil – bu, qanunun nüfuzuna açıq hörmətsizlikdir. Əgər rəsmi qərarlar icra olunmursa, vətəndaş hansı dövlər qurumuna inanmalıdır?(
Mediatv.az)
   

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam