Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

DÜNYA

 

  • "Xeberinfo.com":
  • ULVİYYƏ VAHİD - TƏRANƏ ŞƏMS(deyişmə)
  • Bir gün də açıldı, nurlu sabaha,
  • Yaşamaq eşqi ilə gözəldi dünya.
  • Özü əbədidir, bizlərsə qonaq,
  • Bəlkə də bu üzdən yalandı dünya..
  •  
  • TƏRANƏ ŞƏMS
  • Düşmənlər yağılar , gəldi dünyaya
  • Dağıdıb dünyanı , viran qoymaya.
  • Əl uzat yağının gözun oymaya,
  • Bəlkə də bu üzdən talandı dünya.
  •  
  • ULVİYYƏ VAHİD...
  • Namədi mərdinə aman verməyir,
  • Kimlərə görəsən, həmdəmdi dünya?
  • Həyat müəvəqqəti ömür ötəri,
  • O üzdən yalandı, talandı dünya.
  •  
  • TƏRANƏ ŞƏMS...
  • Yaşamaq gözəldir, həyat üzünə
  • Sözləri düzsən də düzü-düzünə
  • Bu dünya yamansa, deyin sözü NƏ?!
  • Nədəndi yalvaraq, amandı dünya,
  •  
  • ULVİYYƏ VAHİD....
  • Birinə şirindi, birinə acı,
  • Taxt qurar birinə, qoparar tacı,
  • Bəzən də küsdürər, hər sözü acı,
  • Deyərdim qaranlıq, zindandı dünya!
  •  
  • TƏRANƏ ŞƏMS...
  • Günəşə naz edib, süzsən göyləri,
  • Qəlbimə gül təki düzsən sözləri,
  • Qaradır dünyanın, gərdişi hərdən,
  • Zamanı mərəzə , salandı dünya!
  •  
  • ULVİYYƏ VAHİD...
  • Bəzən yaman çəkir , insanı dara,
  • Bu yollar aparır bizləri hara.
  • Kor edər insanı, yolun azdırar,
  • Mən getdim, bizsiz də, qalandı dünya!
  •  
  • TƏRANƏ ŞƏMS...
  • Kimini ağladar, kimi güldürər,
  • Susanı dindirər, sözsüz öldürər.
  • Yanarsa ocağın, susuz söndürər.
  • Dərdləri təşnədir, yamandı dünya!
  •  
  • ULVİYYƏ VAHİD...
  • Bəzən də olur ki, dostdu yodaşdı
  • Ayrılmaz dünyandan, sanki qardaşdı,
  • Hərdən də başlara düşən bir daşdır,
  • İnanma canlara yanandı dünya!
  •  
  • TƏRANƏ ŞƏMS...
  • Ömrümü günümü bölsə yarıya,
  • Yalandı,dünyadan kimsə yarıya,
  • İşləyən xırmandır,döyülən saman,
  • Ömürdən ayrılan zamandı dünya!
  • TƏRANƏ ŞƏMS...
  • Qələmi qoy yerə, Ulviyyə Vahid!
  • Yaşadı yaratdı, bir dünya Vahid.
  • Bu dünya olmadı Vahidə həmdəm,
  • Gələni,aparan, bir candı dünya!

 

          

  • 15.08.2014.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam