Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Qarabağ ərzaqla doludur -Erməni bloger

 Bu gün eşidirəm ki, guya Qarabağda siqaret yoxdur. Bu, yalandır. Vardanyan, Nersisyan və Arutyunyan p..x yeyirlər deyirlər ki, Qarabağda siqaret yoxdur. Bir həftə əvvəl Vitali Balasanyanı həbs edib, bir gün sonra da buraxdılar. Bilirəm ki, təkcə 50 min ədəd humanitar yardımla verilən siqaret Balasanyanda aşkarlanıb. Cənab qarabağlılar, 50 min siqareti Balasanyandan aşkarladılar. 

Yenixeber.org:Bu sözləri məşhur erməni bloger Roman Baqdasaryan sosial şəbəkə hesabında paylaşdığı video-müraciəti zamanı deyib. 

“Hansı siqaret yoxluğundan danışa bilərik ki? O siqaretləri ki Balasanyan “hakimiyyətlə” birgə qocalara 900 drama satırdı? Hara yox oldu bu humanitar yardımla verilən 50 min siqaret? Araik, niyə süni problem yaradırsan? Çıxart o siqaretləri, ver əhaliyə. Qarabağın bütün kəndləri ərzaqla doludur. Aclıq deyilən şey yoxdur. Aclıq süni şəkildə yayılır. Araik və Ruben deyilən o əclaflar Ermənistandan aldıqları milyardlar hesabına kifayət qədər benzin almalı idilər ki, bu ərzaqları Xankəndiyə çatdırsınlar. Sən Araik deyirsən ki, Qarabağda yeni kartof yoxdur. Sən ermənilərə demək istəyirsən ki Qarabağda buğda yoxdur. Sən Qarabağda doşabın olmadığını deməklə kimi aldadırsan? Qarabağda balonlarla doşab yığılıb”, - deyə o bildirib. 

Qeyd edək ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Lakin məhz elə Xankəndidən yayılan kadrlardan da dəfələrlə şahid olmuşuq ki, bütün bu iddialar ağ yalandır, həqiqəti əks etdirmr, qondarma rejimin və Ermənistan hakimiyyətinin növbəti qarayaxma kampaniyasından başqa bir şey deyil. Bunların üzərindən Roman Baqdasaryanın da belə bir açıqlama ilə çıxış etməsi bir daha Qarabağdakı real vəziyyəti hansı yerdə olduğunu üzə çıxarmış olur.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam