Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir? -İLGİNC

 

Bu ilin avqust ayının 15 də “Etalon" hospitalda  məşhur  psixoloq Nilufər Abdulla  plastik əməliyyatdan sonra  vəziyyətinin ağırlaşması və dünyasının dəyişməsi haqda sevimli oxucularımıza məlumat vermişdik. Nilufər Abdullanın estetik əməliyyatının “Etalon" hospitalda Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləvğ olunmuş Seymur Məmmədov tərəfindən icra edildiyini qeyd etmişdik.Bu hadisədən sonra Yasamal Rayon Prokurorluğunda cinayət işi qaldırılmış və Nilufər Abdullanın hansı səbəbdən ölməsi ilə əlaqədər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində araşdırma aparılmağa başlanıldı və Etalon hospitalın əməliyyat bloku bağlanıldı.Bu yaxınlarda Mediatv.az-ın redaksiyasına Seymur Məmmədovla bağlı daha bir ilgingic bir məlumat daxil oldu.Daxil olmuş məlumatda bildirilir ki,istintaqı tamamlanmamış Seymur Məmmədov qanunsuz fəaliyyətini Kəpəz Hospitalda davam etdirir.
 
Yenixeber.org: Bununla əlaqədar olaraq 22.10.2025-ci il tarixdə 10/311 nömrəli məktubla Səhiyyə Nazirliyinə sorğu ünvanladıq.Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktor müavini Rafiq Xudayevin imzası ilə  redaksiyamıza göndərilən cavab məktubunda bildirilir:Sizin "Kepez Hospital" özəl tibb müəssisəsində həkim Seymur İlqar oğlu Məmmədovun estetik cərrahiyyə üzrə qanunsuz praktik tibb fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə daxil olmuş müraciətinizə Nazirliyin "Analitik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsində aidiyyəti üzrə baxılmışdır.
  Bildirilir ki, müraciətinizdə qeyd edilən həkim Seymur İlqar oğlu Məmmədov ilə bağlı araşdırma zamanı,sistemde "Kəpəz Hospital özəl tibb müəssisəsi ilə həkim Seymur İlqar oğlu Məmmədov arasında bağlanmış əmək müqaviləsinə dair qeydiyyatın (qüvvədə olan) olmadığı müəyyən edilmişdir.Əlavə olaraq bildirilir ki, ölkə ərazisində "plasik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən səlahiyyətli şəxslərin təsdiq edilmiş 17 aprel 2025-ci il tarixli siyahısında Seymur İlqar oğlu Məmmədovun adı qeyd edilmir.Məlumat üçün nəzərinizə çatdırılır ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq "insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (şəxsin fəaliyyətinə dair təsdiqedici tibbi qeydiyyat sənədləri də əlavə olunmaqla) daxil olduğu halda aidiyyəti özəl müəssisəyə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üzrə qərar qəbul edilir.Əhalinin sağlamlığının qorunması baxımından müraciətiniz təqdirə layiqdir.
Bundan sonra əməkdaşlarımız redaksiyamıza daxil olmuş məlumatın etibarlılığını dəqiqləşdirmək üçün Kəpəz Hospitalın 055 990 00 88 nömrəsi ilə əlaqə saxladılar.Dəstəyi qaldıran xanım əməkdaş,Seymur Məmmədovun Kəpəz Hospitalda çalışdığını və İlkin adlı həkimlə bir otaqda oturduğunu təsdiqlədi.
"Kəpəz Hospital özəl tibb müəssisəsi ilə həkim Seymur  Məmmədov arasında heç bir əmək müqaviləsinin bağlanmayıbsa, deməli serytiikatı ləvğ olunmuş  Seymur Məmmədov qanunazidd fəaliyyətini Kəpəz Hospitalda davam etdirir.İstintaqın qəbul etdiyi qərarı gözləmədən Sertifikatı ləvğ olunmuş Seymur Məmmədovun fəaliyyətini gizlin davam etdirməsi heç cürə qəbul edilən deyil.Kəpəz Hospital Sertifikatı ləvğ edilmiş Seymur Məmmədovu müqaviləsiz işlətməklə isə həm vergidən,həm DSMF-yə ödənişlərdən yayınmaqla yanaşı,digər insanların da Nilufər xanımın talehini yaşamasına şərait yaradır
 Davamı var..

Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatv.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam