Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qlobal Media Forumunda ilk sessiya keçirilir

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumunun ikinci gününün ilk tədbiri - “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu” adlı sessiya keçirilir.
Yenixeber.org: Beynəlxalq xəbər aparıcısı, jurnalist Maria Ramosun moderatorluğu ilə keçirilən sessiyanın panel müzakirə mövzusu medianın gələcəyinə, ənənəvi media üçün növbəti addımlara, rəqəmsal transformasiyaya həsr olunub. Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Forum işini iyulun 23-də yekunlaşdıracaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam