Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... -NƏ BAŞ VERİR?

SOCAR-ın tabeliyində fəaliyyət göstərən “Azneft” İstehsalat Birliyində 327 ştat vahidi ləğv edilib. İstehsalat Birliyinin baş direktorunun birinci müavini Tofiq Heydərovun SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevaya ünvanladığı məktubda belə yazılıb.
Yenixeber.org: “Hal-hazırda “Azneft” İstehsalat Birliyinin struktur təsisatlarında işçilərlə görüşlər keçirilərək onlara öz təşəbbüsləri ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət edildiyi təqdirdə SOCAR-da nəzərdə tutulmuş müəyyən məbləğdə birdəfəlik müavinətin ödənilməsi ilə bağlı təbliğat-təşviqat işləri aparılır”, – deyə məktubda qeyd edilir.
SOCAR-la tabeliyindəki qurum arasında bu yazışmanı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı ictimailəşdirib. O, bildirib ki, ixtisara düşənlər əsasən yaşı 60 və 60-dan yuxarı olan işçilərdir ki, onlara da SOCAR və “Azneft” tərəfindən ciddi psixoloji təzyiqlər göstərilir.
Hüquq müdafiəçisi qeyd edib ki, ərizə yazmaq istəməyən işçilər “imtahan”la hədələnib, onlara imtahandan kəsiləcəkləri halda birdəfəlik müavinətdən məhrum ediləcəkləri bildirilib.
“İxtisarlar, xüsusilə 60+ yaşlı işçilərə qarşı göstərilən psixoloji təzyiqlər insan hüquqlarının kobud pozulması, diskriminasiya və insan sağlamlığına qarşı təhdid kimi qiymətləndirilməlidir”, – deyə Mirvari Qəhrəmanlı vurğulayıb.
Birdəfəlik müavinətlərin ödənilməsi qaydalarına görə, 6 ilədək stajı olanlara orta aylıq əməkhaqqının 7,5 misli, 6–12 il stajı olanlara orta aylıq əməkhaqqının 8 misli, 12–18 il stajı olanlara orta aylıq əməkhaqqının 8,5 misli qədər birdəfəlik müavinət verilməlidir.
18–24 il stajı olan işçilərə orta aylıq əməkhaqqının 9 misli, 24–30 il stajı olanlara orta aylıq əməkhaqqının 10 misli, 30–36 il stajı olanlara orta aylıq əməkhaqqının 11 misli qədər birdəfəlik ödənişlər edilməlidir. Stajı 36 ildən çox olan işçilər isə orta aylıq əməkhaqqının 12 misli qədər birdəfəlik müavinət təyin olunur.
Mirvari Qəhrəmanlı yazır ki, ixtisara düşən bəzi işçilər üçün birdəfəlik müavinət nəzərdə tutulmayıb. Həmin şəxslər son performans dəyərləndirməsində “maksimal” nəticə göstərən işçilər, eləcə də təqaüd yaşı tamamlanmış və ya bu proses dövründə təqaüd yaşına çatacaq əməkdaşlardır.
Qeyd edək ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində də kütləvi ixtisarlar başlanıb. Burada əmək müqavilələrinə işçilər arasında təşkil olunan imtahanların nəticələri əsasında xitam verilir.
Qəzetçi 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam