Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ucarın icra başçısının camış ferması üzə çıxdı  —  FOTO+VİDEO

news/2025_11_13/camis_esas_1763024722.jpg

Mənsur Məmmədovun camış fermasından xüsusi REPORTAJ...

Yenixeber.org: Mediada Ramiz  Mehdiyevin qruplaşmasında yer alan şəxslərin siyahısında hazırda vəzifədə olan icra başçılarının da adı tez-tez hallanır.Yerli mətbuatın həmin siyahıda adını çəkdiyi icra  başçılarından biri də Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovdur.

            Bəs Mənsur Məmmədov bu komandaya necə üzv olub?

İcra başçısı ilə bağlı mühüm məlumatlar əldə etmişik. Sayta açıqlama verən mənbənin bildirdiyinə görə,Mənsur Məmmədov bu qrupa keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə qoşulub.Ziya Məmmədovun əslən Ucar rayonunun Qazıqumlaq kəndindən olması məlumdur.Məhz, Ziya Məmmədov öz adımını Ucar rayonuna başçı gətirilməsinə dəstək olmaqla regionda  mövqeyinin möhkəmlənməsini bir qədər də gücləndirib.Onu da qeyd edək ki,Mənsur Məmmədov və Ziya Məmmədov hər ikisi eyni  kənddən-Qazıqumlaqdandırlar.

Mənsur Məmmədov  2015-ci ilin yanvarın 27-dən Ucarın  başçısıdır. O,bundan öncə Göyçayın icra başçısı vəzifəsində (Red- 2007-2015-ci illərdə)işləyib.

Mənsur Məmmədovun uzun müddətdir başçısı olduğu Ucar bu gün regionun bəlkə də ən kasıb və sosial cəhətdən ən zəif bir rayonuna çevrilib.Halbu ki,bunun əksi də ola bilərdi.Çünki rayonun yerləşdiyi əlverişli coğrafi mövqe və iqlimi burada kənd təsərrüfatı qurmağa imkan verir.Əslində rayonda kənd təsərrüfatı sistemi qurulub.Amma, başçının öz adına...

Oxu24.com Ucarın icra başçısı Mənsur Məmmədova məxsus saysız-hesabsız obyektlər,torpaq sahələri,restoranlar,fermalar,broylerlər haqqında  dəqiq məlumatlar əldə edib.Məlumatı yoxlamaq məqsədi ilə əməkdaşımız Ucar rayonuna  yollanıb...

                    İcra başçısının camış sevdası ...     

Kənd sakinləri mal-qaranı otarmağa yer tapmır,başçının hektarlarla sahəsi var...

Əhalinin  mal-qarasınının  otlaması üçün  nəzərdə  tutulan  örüş sahələrinin olmamasından əziyyət çəkdiyi bir vaxtda  başçı bir neçə hektarı əhatə edən ərazidə özünə camış ferması yaradıb.Əməkdaşımız həmin fermanın yerləşdiyi Müsüslü kəndində olub.Mənsur Məmmədov icra başçısı gəldiyi ilk gündən bu fermanı yaradaraq özünə biznes qurub.

Əldə etdiyimiz məlumata görə,bu camışlar xüsusi cins heyvanlardır və Macarıstandan gətirilib.Mənbənin bildirdiyinə görə,camışlar südlük olduğu üçün yerli cinslərdən bir neçə dəfə bahadır.Ana camışın birinin qiyməti 4-5 min manat arasında dəyişdiyi bildirilir.Ərazisi bir neçə hektarı əhatə edən ferma üçün xüsusi yol salınıb.Əldə etdiyimiz məlumata görə,icra başçısı 10-15 gündən bir biznes obyektinə baş çəkərək camışlarla maraqlanır...onu da qeyd edək ki,fermada ortalama 125-130 baş  camış saxlanılır.

                      Başçının camışları niyə ölür?...

Fermanın əməkdaşlarından birinin saytımıza verdiyi məlumata görə,camışlar arasında tələfat başçının qanını qaralıb.Bu səbəbdən də o özünə yeni biznes sahələri yaratmağa başlayıb. Bu haqda növbəti reportajımızda danışacağıq...

          Ramiz Mehdiyevin  həbs xəbəri və camışların gecə ikən dəyişən  taleyi...

Mənbənin saytımıza verdiyi xəbərə görə,Ramiz Mehdiyevin həbs xəbəri çıxan günü icra başçısı Mənsur Məmmədov camışlarının bir hissəsini təcili olaraq fermadan çıxarıb.Bunun hansı məqsədlə etdiyi yəqin ki,başadüşüləndir.Başçı bunun üçün işğaldan azad olunmuş ərazilərdə özünə yeni ferma yaradıb.Bu ferma Kəlbəcərdə  yerləşir.Camışların bir hissəsi ora aparılıb.İcra başçısının bu biznesinə onun müavini  Əliş Cəbrayılov nəzarət edir.

Bundan əlavə Ucar Rayon İcra hakimiyyəti başçısı Mənsur Məmmədovun Kəlbəcərdə böyük qoyun fermasının da olduğu deyilir.Həmin fermalar eyni ərazidə yerləşir və bir neçə hektar ərazini əhatə edir.

Rayonun əhalisinin sosial rifahının  çətin olduğu vaxtda icra başçısı bu qədər var-dövləti necə əldə edib?Ümumiyyətlə, icra başçısının bizneslə məşğul olması qanunidirmi?

Bununla bağlı növbəti yazımızda ətraflı məlumat təqdim edəcəyik.

Azər Nəsir
Ucar rayonundan xüsusi reportaj

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam