Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İran hökuməti yaralı uşaqlardan qazanc aləti kimi istifadə edir

“İmam Əli cəmiyyəti” xeyriyyə fondunun təsisçisi İran hökumətini etirazçıları sıxışdırmaq üçün yaralı uşaqları istismar etməkdə, narkotiklərin məqsədyönlü şəkildə yayılmasında və qızların seks ticarətində ittiham edib.
Yenixeber.org: Fondun təsisçisi Şarmin Meyməndinejad İranı tərk etdikdən sonra verdiyi ilk müsahibəsində bu acı həqiqəti açıqlayıb.
 Hakimiyyətin hərbi və təhlükəsizlik qurumları uşaqlıqda zorlanan və zorakılığa məruz qalan şəxslərdən öz repressiv məqsədləri üçün istifadə edirlər. Hökumət tərəfindən uşaqların istismarı təkcə etirazçıların sıxışdırılması ilə bitmir. İmamzadə ətrafı kimi yerlərdə cariyə şəklində həyata keçirilən “yaralı qızların cinsi ticarəti” də mövcuddur. İranda narkotiklərin paylanması şəbəkəsi çörək paylanmasından daha güclü və yaxşıdır, narkotiklər müştərilərə tez və asanlıqla çatır, hətta bir çox yerlərdə narkotiklərin subsidiya edildiyini düşünürsən. Davamlı olaraq hər bir prosesdə hər dəfə İranda repressiya və son nəticədə gənclərin məyusluğu ilə əlaqəli etiraz hərəkatı başlayanda biz dərhal narkotiklərin cəmiyyətdə geniş yayılması ilə üzləşirik” - Meyməndinejad deyib.
“İmam Əli Cəmiyyəti” xeyriyyə fondu son illərdə, SEPAH-a yaxın bəzi media qurumları tərəfindən daima ehtiyacı olanlara kömək etmək adı altında rejimə qarşı işləməkdə günahlandırılırdı. Meyməndinejad 2020-ci ilin iyulunda SEPAH-ın Kəşfiyyat əşkilatı tərəfindən həbs edilmiş və 2 milyard tümən girov ödənildikdən sonra oktyabrın sonlarında sərbəst buraxılmışdı. SEPAH kəşfiyyat qüvvələri tərəfindən həbsdən sonra o, “İran liderini və qurucusunu təhqir və milli təhlükəsizliyə qarşı hərəkət etməkdə” ittiham olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam