Bu günlərdə Azərbaycanda 15 yaşlı bir qız uşağının 30 yaşlı kişiyə ərə verilməsi barədə məlumat dərc edildi. Hüquq-mühafizə orqanları bu hadisəni araşdırıb, qızı evinə qaytardılar. Əslində bu, Azərbaycan mentalitetində illərdən, hətta əsrlərdən bəri adi hal kimi qarşılansa da, əslində uşaq istismarı sayılır.
Yenixeber.org: Dünyada uşaq istismarı ilə bağlı halları və onların pərdə arxasını araşdırıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2020-ci ildə yayımladığı “Uşaqlara yönəlmiş pis münasibət” başlıqlı sənəddə dünya miqyasında hər dörd uşaqdan birinin fiziki zorakılığa məruz qaldığı qeyd edilib. Sənədə əsasən, dünya miqyasındakı uşaqların yüzdə 23-nün sarsılma, döyülmə və döyülməyi özündə əks etdirən fiziki zorakılığa məruz qaldığı qeyd edilib. Bundan başqa, uşaqların yüzdə 36-sının təhdid, danlanma, aşağılanma və təzyiq tətbiq olunma kimi emosional şiddətə məruz qaldığı qeyd edilib.
Fiziki məhdudiyyətli uşaqların bu cür istismar və səhlənkarlıqlara məruz qalma faizi fiziki məhdudiyyəti olmayan uşaqlarla müqayisədə 4 dəfə artıqdır. Bunun əks olunduğu sənəddə bu istismara məruz qalan insanların sonrakı illərdə depressiya, asılılıq və şiddətə meyllilik kimi problemlər yaşaması da əldə edilən nəticələr sırasındadır.
Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondunun həmin il hazırladığı “Tanış bir üz: uşaqların və gənclərin həyatlarında zorakılıq” başlıqlı araşdırma da milyonlarla gənc və uşağın fiziki şiddət və cinsi istismara məruz qaldığını sübut edib. Uşaqların yaşadığı müxtəlif növlü istismar faktlarının yer aldığı sənədə görə, aşağı və orta gəlirli 38 ölkədə 17 milyon, 28 Avropa ölkəsində 2.5 milyon qadın 15 yaşından əvvəl cinsi istismar və cinsi zorakılığa məruz qalıb. UNICEF-in araşdırmasında 28 ölkədən əldə edilən faktlardan istifadə edilib. Cinsi münasibətə məcbur edilən 10 qız uşağından 9-nu buna yaxın adamları, tanıdıqları məcbur edib.
Bir çox ölkə üçün problem olan, uşaqlara yönəlmiş cinsi istismar sıralamasında Türkiyə üst sıralarda yer alır. Siyahıdakı ən yuxarı yerlərdən birində isə Avstraliya qərar tutub. Hər il Avstraliyada 50 minə yaxın uşaq istismarı hadisəsi baş verir. İsveçrə də uşaq istismarında üst sıralarda yer alan ölkələrdəndir. 9.5 milyonluq əhalisinə baxmayaraq, ölkədə hər il 11 minə yaxın uşaq istismarı hadisəsi baş verir.
Türk Psixoloqlar Cəmiyyəti İstanbul Şöbəsinin rəhbəri, professor Aslı Çarkoğlu BBC Türkçeye müsahibəsində təcavüzə məruz qalan uşaqlarla bağlı suallara aydınlıq gətirib. O, bildirib ki, uşaqlara qarşı seksual qısnama və təcavüz adətən onların tanıdıqları və inandıqları insanlar tərəfindən törədilir. Psixoloq deyib ki, uşaqlara, onlara istəmədikləri bir şəkildə toxunulduğu vaxtlarda “yox” deyə bilmək qabiliyyəti aşılanmalıdır.
Uşaqlar dil açmağa başlayarkən onlara göz, qulaq, burun kimi “məhrəm yerlərin” də adları öyrədilməlidir. “Özəl orqanlara” qondarma və düzəltmə adların verilməsi düzgün deyil, çünki bu, uşaqların yardım istədikləri vaxt başqaları ilə ünsiyyətlərində çətinlik yarada bilər. Qondarma adlarla danışan uşağı müəllimləri və ya polis başa düşməyə bilər. Uşaqlara onlarda başqalarında da olduğu kimi “müəyyən orqanların” olduğu, onların adları və onlara kimlərin toxuna biləcəyi barədə dəqiq məlumat verilməlidir.
Statistikaya qayıdaq.
Əfqanıstanda hər il 18 mindən yuxarı uşaq istismarı hadisəsi baş verir. Hər 200 ingilisdən biri pedofilliyə meyllidir. İngiltərədə hər il 16 mindən yuxarı uşaq istismarı, səhlənkarlıq və zorakılıq hadisələri baş verir. Rusiyada hər il 10 minə yaxın uşaq istismarı hadisəsi baş verir. Spirtli içkinin səbəb olduğu problemlərə görə uşaqlar şiddətə mərz qalır, yetimxanalarda uşaqlara şiddət tətbiq olunur və cinsi istismarla üzləşirlər.
Uşaq istismarlarının dünyada ən çox yaşandığı ölkə olan Zimbabvedə hər il 30.000 uşaq istismarı baş verir. Yaşanan uşaq istismarı hadisələrində əsasən uşaq evlilikləri, təcavüzlər və uşaq işçiliyi qarşımıza çıxır.
Botsvana Afrikanın cənubunda yer alan kiçik bir ölkədir. Dünyanın ən pis səhiyyə sistemlərindən birinin bu ölkədə olduğu deyilməkdədir. Uşaq istismarında da çox pis durumda olan ölkədə uşaqlara qarşı tətbiq olunan şiddət və yaşanan təcavüz hadisələri hər il artmaqdadır. Bu məsələ ilə bağlı hər il məhkəmədə 10.000-ə yaxın iş aparılır.
Təxminlərə görə, Cənubi Afrikada hər il uşaqlara yönəlmiş cinsi istismar faktı ilə bağlı 3000-ə yaxın məhkəmə işi keçirilir. Amma bu rəqəmdən dəfələrlə çox sayda uşaq ölkədə cinsi istismarın qurbanı olur. Hər il 90 mindən artıq təcavüz hadisəsinin yaşandığı İngiltərə də uşaq istismarı siyahısında üst sıralarda yer alır. Ölkədə hər il təxminən 15 yaşından kiçik 3 min uşaq istismara məruz qalır. Bundan başqa, uşaq istismarına yönəlmiş məhsulların istehsal edildiyi ölkələrin başında Hollandiya, ikinci sırada isə İngiltərə dayanır.
Uşaq istismarı bəzi ölkələrdə ört-basdır edildiyi üçün obyektiv bir araşdırmadan danışmaq çətindir. Əldə edilən rəsmi rəqəmlər əsasında mənzərə aşağıdakı kimidir:
Danimarka: 52 faiz
Finlandiya: 47 faiz
İsveç: 46 faiz
Hollandiya: 45 faiz
Fransa: 44 faiz
İngiltərə: 44 faiz
Litva: 39 faiz
Lüksemburq: 38 faiz
Belçika: 36 faiz
Türkiyə: 36 faiz
Almaniya: 35 faiz
Slovakiya: 34 faiz
Estoniya: 33 faiz
Çexiya Cümhuriyyəti: 32 faiz
Litva: 31 faiz
Rumıniya: 30 faiz
Bolqarıstan: 28 faiz
Macarıstan: 28 faiz
İtaliya: 27 faiz
İrlandiya: 26 faiz
Yunanıstan: 25 faiz
Portqaliya: 24 faiz
Sloveniya: 22 faiz
Malta: 22 faiz
Kipr: 22 faiz
İspaniya: 22 faiz
Horvatiya: 21 faiz
Avstriya: 20 faiz
Polşa: 19 faiz
Dünya miqyasında illik rəqəmlərlə qarşılaşdırma aparıldığı zaman ortaya çıxan tablo belədir:
Avstraliya: 50 min
Zimbabve: 30 min
ABŞ: 20 min
Əfqanıstan: 18 min
İngiltərə: 16 min
Rusiya: 10 min
Botsvana: 10 min
Hindistan: 7500
Bangladeş: 3200
Cənubi Afrika: 3000
Pakistan: 2500