Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ƏRİ TƏRƏFİNDƏN "ZORLANAN" QADININ İNANILMAZ SİRLİ HƏYATI

ƏRİ TƏRƏFİNDƏN "ZORLANAN" QADININ İNANILMAZ SİRLİ HƏYATI

 

 Ceyhun Mehrəliyev: “Aidə Tomarxanova, hətta qadın sığınacağında olanda belə ayrı-ayrı kişilərlə görüşüb-mesajlaşıb, əlimdə sübutlar var...”
“ O, özü saytlara müsahibəsində hələ gənc yaşlarından fahişəliklə məşğul olduğunu həvəslə danışaraq hansı yuvanın quşu olduğunu etiraf edir, gizlətmir...”
Yenixeber.org: Tezadlar.az-ın dünənki buraxılışında (bəzi saytlarda 2017-ci ilin fevral ayından “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evində məskunlaşmış “Sevinc Babayeva” adlı qadının başına gətirilən faciələr haqqında özünün video-müsahibəsi yayımlanaraq) əvəllər münasibətdə olduğu qadın tərəfindən ağır cinayətlərdə ittiham edilən Ceyhun Mehrəliyevin açıqlaması yayımlanmışdır. C.Mehrəliyev ötən gün yenidən “Təzadlar”a müraciət edərək bəzi məqamlara mötəbər sübutları ilə (fotolar, mesajlar, videolar, səs yazıları və s.) aydınlıq gətirmək istədiyini bildirdi. Daha geniş yazı çapa hazırlandığından onun müsahibəsindəki vacib hesab etdiyi məqamlara qısa da olsa toxunmaq istədik:
-Ceyhun bəy, müraciətinizdə Aidə Tomarxanovanın sizə qarşı inanılmaz ittihamlarına qarşı olduqca vacib sübutlarla təkzibinizin olduğunu söylədiniz. Bunlar nədən ibarətdir?
-Əvvəlcə istəyirəm onun bu günlərdə məskunlaşdığı sığınacaqda verdiyi müsahibəsindəki mənə qarşı sərt ittihamlarına toxunum. Məsələn, o, yalandan deyir ki, guya 6 il dustaq kimi saxlanılıb və çöl üzü görməyib, mənim tərəfimdən işgəncələrə məruz qalıb... Mən sizə çoxsaylı şəkilləri təqdim edirəm. Baxın, bu şəkillər Bakıdakı parklarda, əyləncə yerlərində, bulvarda, şəhər gəzintisində çəkilib. Fikir verin, hər fotoda bir təzə və bahalı geyimdədir. İşgəncəyə məruz qalan qadının sifətində belə xoşbəxt ifadələr olur? O, mənim humanistliyimdən istifadə edərək görmədiyi yerləri görüb, gəzib, kef çəkib. Hətta o dərəcədə harınlamışdı ki, sonralar bilmişəm ki, gəzdiyi yerlərdən qiymətli külqabı, çəngəl-bıçaq da oğurlamışdır... Bunları da təsdiqləyən insanlar var. Guya hicaba bürünmüş, çirkin yoldan çəkinmişdir. Sizə onun yeni fotolarını təqdim edirəm. Bu fotolarda onun açıq-saçıq geyimli şəkilləridir, bunlar isə onun hələ sığınacaqda olarkən yad kişilərlə mesaj yazışmalarıdır (Təqdim olunur.Red. Özünə yeni kişilər axtarır, tanışlıq təkliflərinə könül verir... Təkrar edirəm, bunlar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin həmin sığınacaq evində olarkən baş verir. Bu sığınacaq nədir, tanışlıq mərkəzidir? Buradan çölə çıxır, gəzir, ov axtarır. Və həmin fotoları isə təzə tanış olduğu kişilərə göstərmək üçün sosial şəbəkələrdə paylaşır. Sonra isə müsahibə verir ki, ərim məni butulka ilə zorladı, keçmiş qaynatasına 500 manata satdı və s. O, yaxşı bilir ki, keçmiş qaynatam mənimlə düşmən kimidir, istəyir ki, diqqəti bu münaqişəyə yönəltsin, özü yaddan çıxsın. O, həmin bu sığınacağa məskunlaşan gündən yenə də köhnə əməllərini həyata keçirməyə başlayıb. Aidə uşağı da sığınacaqda qoyub yazışdığı kişilərlə görüşə gedib, bunu həmin kişilər mənə yaxın adamlara təsdiqləyiblər, sübutlarım var. O, “Behri amor” profili altında yad kişilərlə yazışır, onlara nələri yazır, oxuyub nəticə çıxarın. Bəs “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hara baxır? 

ƏRİ TƏRƏFİNDƏN "ZORLANAN" QADININ İNANILMAZ SİRLİ HƏYATI



-Dediniz ki, onun sizin barənizdə videomüsahibəsində dedikləri tamamilə yalan və böhtandır...
-Unudub ki, hələ bu ilin mayında virtualaz.org saytına müsahibə verib və deyir ki, “Keçmiş həyat yoldaşım sosial şəbəkədə şəkillərimi paylaşır, məni əxlaqsızlıqda ittiham edir”. Yalançının yaddaşı olmaz, o, az keçmiş özü etiraf edir ki, hələ gənc yaşlarından xlaqsızlıqla məşğul olub. Həmin müsahibəsindən sitat: “...Onunla tanış olanda keçmişdə başıma gələnləri bilirdi, hamısını özüm danışmışdım... Məni əvvəllər münasibətdə olduğum tanınmış və imkanlı şəxsin yanına göndərirdi... Məni döyürdü, öldürməklə təhdid edirdi. Mən də qorxudan kişiyə dolana bilmədiyimi söyləyirdim, yardım istəyirdim. Məndən soruşurdu ki, yoldaşın səni qorxudursa, açıq söylə, onu məhv edərəm. Amma qorxudan söyləyə bilmirdim. Çünki həmin insan məni yaşadığım həyatdan qurtarmışdı, insan alverçilərinin əlindən almışdı... 19 yaşımda qrup yoldaşım tərəfindən yaşlı bir kişiyə satılmışam. Hadisə belə baş verdi - qrup yoldaşımla birgə məclisdə içmişdim, ayılanda çılpaq şəkillərimi çəkdiklərini dedilər. Həmin şəkilləri valideynlərimə, qardaşıma göstərəcəkləri ilə hədələdilər. Çox qorxmuşdum, çarəsiz qalmışdım. Bundan sonra müxtəlif insanlarla münasibətdə oldum. Həmin imkanlı şəxslə görüşəndə ona başıma gələnləri danışdım. O, mənə yardım etdi, məni bu həyatdan xilas etdi”. Həyasızlığa baxın ki, o, müsahibəsinin yuxarıda sitatını verdiyim hissəsində mənə işarə vuraraq deyir ki, “Onunla tanış olanda keçmişdə başıma gələnləri bilirdi, hamısını özüm danışmışdım...”. Yəni, guya mənə əvvəllər fahişəliklə məşğul olduğunu danışıb... Ardınca isə yenə də məni nəzərdə tutaraq görün nə fırıldaq ifadələr işlədir. Sitat: “...Keçmiş həyat yoldaşım tanınmış ailənin övladıdır. Buna görə də, onun mənimlə evlənmək təklifi ilə tərəddüdsüz razılaşdım”. Təsəvvür edirsinizmi, o, mənə gənc yaşlarından fahişəliklə məşğul olduğunu danışır, mən-tanınmış bir ailənin övladı, bütün bunlardan sonra ona evlənmək təklif edirəm, o da razılaşır! Nə qədər gülünc və qarşındakını aşağılayan bir mövqe!!! Mən evlənməyə adam tapmırdımmı??? 

ƏRİ TƏRƏFİNDƏN "ZORLANAN" QADININ İNANILMAZ SİRLİ HƏYATI


-Bildirirsiniz ki, Aidə müsahibəsində sizinlə Mehriban Zeynalovanın da arasını vurmağa cəhd edib...
-Gülməli də olsa, deyir ki, mən həbs olunuram və bu ilin fevralda həbsdən çıxıram, sonra sığınacağa gəlirəm, barışmaq istədiyimi deyirəm... Və evə gedəndən sonra isə onu səhərə qədər döyürəm, ona deyirəm ki, get polisə ifadə ver ki, sığınacaqda Mehriban Zeynalova tərəfindən satılmısan... Sitat: “...Amma mən buna razı olmadım, çünki dediklərinin arxasında dayanmalısan, ən azından sübut etməlisən. Axı həmin müddətdə sığınacaqdan bayıra çıxmamışdım....”. Mən sizə onun şəkillərini verirəm, baxın, bu şəkillər onun sığınacaqdan çöldə çəkdirdikləridir... Məni narahat edən budur ki, onu dinləyənlər ittiham olunan tərəfi görmədən, dinləmədən Aidənin sərsəm fikirlərini ictimailəşdirirlər. Görün biz belə yalan və şantajlarla cəmiyyətə nələri təbliğ edirik...
(Davamı var)
Səbuhi 

ƏRİ TƏRƏFİNDƏN "ZORLANAN" QADININ İNANILMAZ SİRLİ HƏYATI

 

ƏRİ TƏRƏFİNDƏN "ZORLANAN" QADININ İNANILMAZ SİRLİ HƏYATI








































Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam