Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Gədəbəydəki partlayışla bağlı məlumat - RƏSMİ /FOTOLAR

Gədəbəydəki partlayışla əlaqədar rəsmi məlumat - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Yenixeber.rog: Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 300m² olan 7 otaq və qarajdan ibarət ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının zərbəsindən evin birinci mərtəbəsində yerləşən qarajın dəmir qapısı və ikinci mərtəbədə aynabəndin pəncərə çərçivələri yerindən çıxıb, evin döşəməsi qismən deformasiyaya uğrayıb və evə ziyan dəyib. Hadisə nəticəsində ev sahibi R.M.Quliyeva xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam