Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

Kiyevə növbəti hücum, dağıntılar qeydə alındı

Ukraynanın paytaxtı Kiyev İran kamikadze dronlarının növbəti hücumuna məruz qalıb. 

Yenixeber.org:  Hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb. Gecə saatlarında Kiyevdə partlayış səsləri eşidilib. 

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 11-ci hava hücumudur. 

"Mayın 20-də Kiyevə gecə hücumu zamanı “Şahed” tipli kamikadze PUA-lardan istifadə olunub. Ukraynanın hava hücumundan müdafiə sistemləri düşmənin bütün hava hədəflərini məhv edib. Düşmən bütün gücü ilə Kiyevdəki əsas obyektləri dağıtmağa, Ukraynanın hava hücumundan müdafiə vasitələrinin resurslarını tükətməyə çalışır. Rusiya, həmçinin bu yolla dinc əhalini dərin psixoloji gərginlikdə saxlamağa çalışır. May ayında kiyevlilər cəmi 4 gün hava hücumu siqnalını eşitməyiblər”, - Popko deyib. 

Məlumata görə, zərərsizləşdirilən dronların qalıqlarının düşməsi nəticəsində Kiyevin Dnepr, Darnitsk, Peçersk və Solomen rayonlarında yaşayış binasına, şəxsi evlərə, avtomobillərə ziyan dəyib, güclü yanğınlar baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam