Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Yaxın beş ildə rekord temperatur gözlənilir

Ümumdünya Meteorologiya Təşkilatının verdiyi məlumata əsasən, yaxın beş ildə istixana qazlarının tullantıları və El-Ninyo təbii fenomeni səbəbindən planetdə havanın temperaturunun rekord səviyyəyə qalxacağı ehtimal olunur. 

Yenixeber.org: Təşkilatın qiymətləndirmələrinə görə, orta illik qlobal temperaturun artmasının müvəqqəti olaraq sənaye dövründən əvvəlki səviyyələrdən 1,5 dərəcə Selsi yüksək olacağı ehtimalı 66 faiz təşkil edir. 

“Euronews” kanalının məlumatına görə, növbəti beş ildən birinin bütün müşahidələr tarixində ən isti il olması ehtimalı 98 faiz təşkil edir. 

Ekspertlərin proqnozlarına görə, El-Ninyo fenomeni və iqlim dəyişməsi birlikdə qlobal temperaturun artmasına səbəb olacaq. Eyni zamanda, onlar qeyd edirlər ki, Arktikada temperatur qlobal orta göstəricidən üç dəfə sürətlə yüksəlir. 

Paris Sazişi ilə təsdiq edilmiş 1,5 dərəcə Selsi səviyyəsi uzunmüddətli istiləşməyə aiddir, lakin gözlənilir ki, ayrı-ayrı illərdə daha yüksək göstəricilər qlobal temperaturların bu hədd göstəricisinə yaxınlaşdıqca artan tezlik ilə müşahidə olunacaq. 

ÜMT mütəxəssisləri xəbərdarlıq edirlər ki, temperaturun artması insanların sağlamlığı, ərzaq təhlükəsizliyi və ətraf mühit üçün ciddi fəsadlara səbəb ola bilər. 

Onlar son 50 ildə iqlimlə bağlı fəlakətlərin sayının beş dəfə artmasına diqqət yetirirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam