Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ETSN-nin Nəqliyyat İdarəsi Sabir Fərzəliyevlə yenə işbirliyinə başladı – Həm də necə…

ETSN-nin Nəqliyyat İdarəsi Sabir Fərzəliyevlə yenə işbirliyinə başladı –
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi nəqliyyat vasitələrinin cari təmiri üçün mal-materialların alınması üzrə 29.12.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlu seçilib və tərəflər arasında 649.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.
Yenixeber.org: Məlumat satınalmaların portalında 22.04.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, Nəqliyyat İdarəsi tərəfindən nəzərdə tutulmuş mal-materialların alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.170.950,11 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi bu təchizatçını müsabiqədən kənar etməmiş, əksinə yeni müqavilə bağlamağı planlaşdırır. Niyə?
Çünki, Sabir Fərzəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumlarla çoxdan işbirliyindədi. Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi ilə 28.04.2023-cü ildə 927.739,48 manat məbləğində satınalma müqaviləsi bağlamışdı. Bundan sonra Sabir Fərzəliyev sanki tender bazarından çəkilmişdi. Bəs Sabir Fərzəliyev tender bazarından niyə çəkilmişdi, və necə qayıtdı?
Qeyd edək ki, hələ 2022-ci ilin oktyabrında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumat əsasında fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlunu 6 229 manat cərimə etməsi barədə məlumat yaymışdı. O, zaman həmin şəxsin Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim etməsi, eləcə də İran da istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da, haqsız rəqabətə yol verməsi əlamətlərinin aşkar edilməsi ilə bağlı iş qaldırıldığı bildirilirdi. Bu işin nəticəsi olaraq sözügedən sahibkara maliyyə sanksiyası tətbiq edilib və haqsız rəqabətə yol verməməsi barədə göstəriş verilmişdi.
Bizim o zaman apardığımız araşdırma zamanı məlum olmuşdu ki, Fərzəliyev Tahir Təvəl oğlu son illər dövlət satınalmalarının ən fəal iştirakçılarından olan fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlunun qardaşıdır. Sabir Fərzəliyev 2020-ci ildən, yəni hələ pandemiya dövründən 2022-ci ilin avqust ayına qədər 14 açıq tenderin qalibi olub və 3 107 637 manat məbləğində dövlət sifarişi alıb. Bunlar dövlət satınalmalarının vahid internet portalında olan ən son məlumatlırdır. Əldə etdiyimiz məlumatlara görə Fərzəliyev Sabir Təvəl oğlu hələ 2010-cu illərdən respublikanın şimal bölgəsində, Qusar, Xaşmaz, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinin, Suvarma Sistemləri İdarələrinin əsas təchizatçısı olub. Son dövrlər respublikanın digər bolgələrində də fəaliyyətə başlamışdı.
Qeyd edək ki, Sabir Fərzəliyev əsasan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumları maşın-mexanizmlər üçün ehtiyat hissələri, maşın mexanizmləri və nəqliyyat vasitələri üçün sürtgü yağları, nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif akkumulyatorlala və tikinti materialları ilə təchiz edirdi.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin rəisi nazir Muxtar Babayevin qohumu Füzuli Babayev olub. Sabir Fərzəliyevlə daha çox işbirliyi quran da məhz Füzuli Babayev olub. Onun 2022-ci ildə təqaüdə göndərildiyi deyilir. Amma qeydri rəsmi olaraq idarədə nazirin gözü olaraq qalmaqdadır. Hazırda isə Nazirliyin Nəqliyyat İdarəsinin direktoru Elxan Baxışovdur. O bu vəzifəyə nazirin əmri ilə 2022-ci ilin iyununda təyin olunub.
Göründüyü kimi Sabir Fərzəliyevin qardaşının idxal etdiyi malları saxtalaşdırdığının üstü açıldıqdan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qardaşlara qoyduğu qadağa artıq aradan qaldırılıb. İndi kim zəmanət verə bilər ki, Sabir Fərzəliyev eyni əmməllərə yenə yol verməyəcək. Bu onun bağladığı müqavilədən belə açıq aşkar görsənir. Ehtimal olunan qiyməti 1.170.950,11 manat olan tenderi 40 faiz aşağı qiymətlə udmaq, həmin malların ucuz və keyfiyyətsiz olmasının göstəricisidir. Hələ qiymətlərin nə qədər şişirdildiyini demirik.(aktualinfo.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam