Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Şamaxılı Cavid” “Şəki” kafesində kəsilən ağacların yerini betonlatdı... - “Yaşıl qətliam”dan geridə qalanlar belə yox edildi

“Şamaxılı Cavid” “Şəki” kafesində kəsilən ağacların yerini betonlatdı... -
“Şamaxılı Cavid” “Şəki” kafesində kəsilən ağacların yerini betonlatdı...
Yenixeber.org: Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi, özünü Mərkəzin rəhbəri Ramin Abdullayevin “sağ əli” kimi təqdim edən “Şamaxlı Cavid” qanunsuz əməllərini davam etdirməkdədir.
Redaksiyamıza daxil olan məlumata görə, bu dəfə “dollar Cavid” Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində obyekt tikintisi zamanı kəsilən ağacların izini itirmək üçün maraqlı üsula əl atıb. Tikinti və yenidənqurma işləri üçün kafe sahibinə qanunsuz icazə verən, ağac kəsiminə şərait yaradan “Dollar Cavid” özünü və digərlərini məsuliyyətdən, “yersiz” söz-söhbətdən qorumaq üçün kəsilən ağacların yerini betonladıb. Kafe ərazininin böyük hissəsi qalınlığı 5 santimetr olan betonla örtülüb. Kəsilən ağaclarla bağlı heç bir iz, heç bir nişan qalmayıb.
Hazırda “Şəki” kafesində təmir-tikinti işləri sürətlə davam etdirilir. Ərazi hündürlüyü 10-12 metr olan dəmir konstruksiya ilə hasarlanıb. Məqsəd tikinti işlərini kənar göz və müşahidələrdən qorumaqdır.
Yaxın günlərdə “Şamaxlını Cavid”in bu obyekti niyə və necə himayə etməsi, obyektdəki qanunsuz tikintiyə himayədarlq edən digər yetkililər haqqında daha ətraflı məlumat verəcəyik.(Dia-az)
Adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam