Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Xürrəm Sultan: Ukraynalı keşişin qızı, rus, yoxsa italyan əsilzadəsi?

 

Xürrəm Sultan həyatı haqqında saysız-hesabsız əsərlər yazılıb. 16-cı əsr Osmanlı siyasi həyatında ciddi rol oynaması və Sultan Süleyman ilə yaşadığı böyük eşq hekayəsi onu əfsanəyə çevirib. O, 1558-ci ilin aprel ayında dünyasını dəyişib. Məzarı Süleymaniyə məscidində, həyat yoldaşı Sultan Süleymanın əmri ilə tikilən türbədə yerləşir.

Yenixeber.org bildirir ki, tarixçilərin fikrincə, Osmanlıda qadın sultanların dövlət idarəsində daha çox söz sahibi olduğu "Qadınlar sultanlığı" dövrü məhz Xürrəm Sultanla başlayıb.

Xürrəmin hərəmxanaya daxil olduqdan sonrakı həyatı haqqında dövrə aid sənədlərdə və qeydlərdə ətraflı məlumatlar yer alsa da, onun harada doğulduğu və Osmanlı sarayına necə gətirildiyi hələ də müzakirə mövzusudur.

Ümumi qənaətə görə, Xürrəm Sultan indiki Ukrayna ərazisində 1500-cü illərin əvvəli anadan olub. Lakin bu barədə fərqli nəzəriyyələr də var. Bəzi mənbələr onu pravoslav keşişin qızı, digərləri isə kəndli ailəsindən olan bir qız kimi təqdim edir.

Tarixçi professor Firudun Emecen deyir ki, Xürrəm Sultan Rutenya adlanan və o dövrdə Lehistan Krallığının tərkibində olan ərazidən gəlib. Rutenya bugünkü Polşa, Belarus və Ukraynanı əhatə edən, əsasən Şərqi Slavyan xalqlarının yaşadığı bölgələr idi.

Tarixçilər onun məhz burada doğulduğunu düşünür. İddialara görə, Xürrəm Sultan burada əsir götürülərək Osmanlıya gətirilib.

İstanbul Universitetindən professor Zeynəb Tarımın sözlərinə görə, Xürrəm Sultan təxminən 12-14 yaşlarında olarkən Osmanlıya gətirilib, Sultan Süleymanın anası Ayşə Hafsa Sultanın xidmətinə verilib və o zaman Manisada olan Şahzadə Süleymanın sarayına gətirilib. Şahzadə Mehmedin 1521-ci ildə doğulmasına əsaslanaraq, Z. Tarım ehtimal edir ki, Xürrəm Sultan 1520-ci ildə artıq hərəmdə idi. F. Emecen isə bəzi mənbələrin onu hərəmdə 17 yaşında olduğunu qeyd edir.


İtaliyan əsilli ola bilərmi?


Hürrəmin etnik kimliyi ilə bağlı başqa fərziyyələr də var. Vatikan arxivlərini araşdıran tarixçi Rinaldo Marmara burada tapdığı bir soyad ağacına əsaslanaraq, Xürrəmin əslində İtalyan əsilli bir zadəgan olduğunu iddia edir. Bu sənədə görə, Xürrəm Sultan İtaliyanın Siena bölgəsindən olan Marsigli ailəsinin qızı Marqerita imiş. Marmaranın iddiasına görə, o və qardaşı quldurlar tərəfindən əsir götürülüb, daha sonra sultana satılıb.
Lakin bu iddia elmi dairələrdə təsdiqini tapmayıb. Professor Tarım bu məlumatın şübhəli olduğunu bildirir. Əgər belə bir fakt olsaydı, Venesiya arxivlərindəki səfir raportlarında bu barədə mütləq məlumat olardı, deyə o qeyd edir. Emecen də dövrün sənədlərinə əsaslanaraq bu iddianın real görünmədiyini deyir.

Vatikan arxivində tapılan nəsil ağacı


“Rus qadın” ifadəsi haradan gəlir?


Xürrəmin etnik mənsubiyyətinə dair başqa bir mübahisə onun “Rus qadın” adlandırılması ilə bağlıdır. Professor Emecenin bildirdiyinə görə, Şahzadə Mustafanın 1553-cü ildə edamından sonra bəzi Osmanlı şairləri Xürrəmi bu şəkildə təsvir edib. Lakin bu onun rus əsilli olduğu anlamına gəlmir. Emecen izah edir ki, “Rus” termini o dövrdə sadəcə Rusiya deyil, ümumilikdə şimaldan gələn xalqları – Ukraynanı da əhatə edən anlayış idi. Tarım da əlavə edir ki, qərbli səyyahlar və Venesiyalı diplomatların yazılarında Xürrəm “rus” kimi təsvir olunsa da, bu daha çox coğrafi mənadadır. O dövrdə nə indiki Ukrayna, nə də Rusiya bugünkü sərhədlərlə mövcud deyildi, bu ərazilər “Lehistan” və ya digər tarixi adlarla tanınırdı.


Siyasi və mədəni simvol kimi


Xürrəm Sultan Osmanlıda yalnız bir cariyə deyil, həm də siyasi gücə sahib bir qadın idi. Hətta tarixçilər onun dövlət siyasətində Rüstəm Paşa və qızı Mihrimah Sultan ilə birgə bir hizb qurduğunu və Sultan Süleymana təsir etdiyini qeyd edirlər. Onun Şahzadə Mustafanın ölümündə rolu olduğu da irəli sürülür. Bununla yanaşı, Xürrəmin xeyriyyə fəaliyyəti də tarixə düşüb. İstanbulda və Qüdsdə imarətlər, mədrəsələr, xəstəxanalar tikdirib, vakıflar yaradıb. Haseki rayonu bu gün onun adına olan əsərlərlə tanınır.


Doğum yeri və kimliyi: siyasi mübahisələr


2019-cu ildə Ukraynanın Ankaradakı səfirliyi Haseki Hürrəm Sultan Türbəsindəki “rus əsilli” ifadəsinin çıxarılmasını tələb edib. Bu tələb əsasında yazı dəyişdirildi və onun Ukrayna mənşəli olduğu vurğulandı. Hürrəmin əsl adı ilə bağlı da mübahisələr var: Aleksandra Lisovska, Anastasiya və ya Margherita – fərqli mənbələrdə fərqli adlarla qeyd olunur. Rəsmi sənədlərdə isə o, yalnız “Haseki Xürrəm Sultan” kimi tanınır. “Xürrəm” sözü farsca “şən, xoşbəxt” mənasını verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam