Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Generalın qardaşı olan “Delta Qrup C.O” rəhbəri Məhəmməd  Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb? -DE-FAKTO

media-711

media-delt

Yenixeber.org: “Delta Qrup C.O” şirkətinin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Delta Qrup C.O” şirkəti ilə bağlı işə 25 aprel tarixində Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

 

Qeyd edək ki, “Delta Qrup C.O.” MMC 1999-cu ildə yaradılıb. Şirkət “Anchor”, “Доярушка”, “Molkerei Ammerlander”, “Golden Cow”, “Tibet”, “Nordex Food”, “NZMP”, “Peros” kimi bir çox xüsusi markanın Azərbaycanda rəsmi distribyutorudur. “Delta Qrup C.O.” MMC-nin çörək, çörək məhsulları, (marka “Çörəkçi”) un, qənnadı məmulatları (“BiSmak” markası) və makaron (“Odad” markası) istehsal edən beş böyük fabriki var. “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenye markalarının istehsalçısı da “Delta Qrup C.O.” MMC-dir.

Bismak”, “Çörəkçi” istehsalçısı cərimələnə bilər - SƏBƏB | Tribunainfo.Az

“Delta Qrup C.O.” MMC rəhbəri Cahangirzadə Məhəmməd Niyaz oğlu hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cahangirov Anar Niyaz oğlunun qardaşıdır.

Qarşı tərəfi dinləməyə hazırıq.(tribunainfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam