Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Özünü “Bandotdel” əməkdaşı kimi təqdim etdi, qadının maşınını və külli miqdarda pulunu ələ keçirdi –BAKIDA ŞOK DƏLƏDUZLUQ FAKTI

Özünü “Bandotdel” əməkdaşı kimi təqdim etdi, qadının maşınını və külli miqdarda pulunu ələ keçirdi – BAKIDA ŞOK DƏLƏDUZLUQ FAKTI

Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, ev 60, mənzil 19-da yaşayan Quliyeva Rəna Əli qızı qarşılaşdığı problemlə bağlı redaksiyamıza müraciət edib

Yenixeber.org: Şikayətçinin qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətini olduğu kimi dərc edirik:

Cənab Prezident!

Hörmətli Birinci vitse-prezident!

Yazaraq bildirim ki, halal zəhmətlə qazandığım pullarımı dələduzluq yolu ilə mənimsəyiblər. Pulun bir qismi özümün, qalan qismi isə borc və kredit götürdüyüm vəsait olub. Dələduzlara necə aldandığıma hələ özüm də inana bilmirəm. Sizlərdən kömək istəyirəm.

Bildirim ki, hazırda başıma açılan dələduzluq faktını bir nəfərin üzərinə yükləyib, işi bağlamaq istəyirlər. Yəni bu məsələdə maraqlı qüvvələr var. Şahid, Anar, Talıb və “Rentacar” şirkəti mənə qarşı külli miqdarda dələduzluq edib. Onlar 4 ay boyunca birgə addım atıblar. Bu şəxslər əlbir çalışıblar.

“Rentacar” şirkətinin adını niyə çəkirəm? Çünki tanıdığım bu şəxslər  4 ay ərzində Bakıda – “Şəki” restoranı ilə üzbəüz, “Xəlil Plaza”nın içində yerləşən həmin şirkətdə günü 300-400 manata icarəyə verilən avtomobilləri idarə ediblər. Bu da o deməkdir ki, “Rentacar” şirkəti də bu dələduzlara himayədarlıq edib. Bu baxımdan, Sizdən xahiş edirəm, səlahiyyətli qurumlara tapşırıq verəsiniz ki, iş düzgün şəkildə araşdırılsın...

Möhtərəm Prezident!

Hörmətli Mehriban xanım!

Məlumat üçün bildirim ki, hazırda fizioterapiya ilə məşğulam. Avqust ayının 23-də Şahid adlı şəxs mənə yaxınlaşaraq, tanış gəldiyimi söylədi. Fikirləşdim ki, yəqin hansısa xəstəm olub. O isə xəstəm olmadığını və nömrəmi götürüb yanıma (xəstəm olaraq) gələcəyini söylədi. Bu söhbətən bir müddət sonra “Rentacar” fəaliyyəti, yəni maşınların günlük icarəsi və satışı ilə məşğul olduğunu bildirdi. Həmin vaxt mənim də 99 SS 199 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobilim var idi. Söhbət əsanasında bildirdim ki, avtomobilimi icarəyə verib, aylıq gəlir götürmək istəyirəm. O, bunun üçün ona etibarnamə verməli olduğumu söylədi. Mən də qanunu bilmədiyim üçün ona “baş etibarnamə” verdim.  Elə həmin gündən, Şahin, eləcə də dostları Anar və Talıb etibarımdan sui-istifadə edərək, məni aldatmağa başladılar. Belə ki, onlar birləşib mənim avtomobilimi və pulumu mənimsədilər.

Sonralar mən maşınımı tələb etdikdə Talıb adlı şəxs Şahidlə birlikdə mənə Amerikadan “Range Rover” markalı avtomobil sifariş edəcəklərini söylədilər. Mən onlara inandım. Hətta avtomobilin modelini, komplektasiyalarını seçməkdə Talıb birbaşa mənə kömək etdi. O, mənə saxta sənəd çıxardaraq (bunu sonradan öyrəndim), guya artıq avtomobilin sifariş olunduğunu, yolda olduğunu və tezliklə Bakıda mənə təhvil veriləcəyini söylədi. Qarşılığında isə məndən əlavə 79 500 manat pul aldılar. Bir hissəsini kreditə və borca götürdüyüm bu pulları birdəfəlik ödəməmişəm. Maşın “gələnə kimi” hissə-hissə ödəniş etmişəm.

Qeyd edim ki, Şahinin dostu Talıb onlara inanmağımdan istifadə edib, “Telegram” kanalında mənimlə “xarici şirkətin əməkdaşı” kimi danışıb. Yazışmaların hamısını saxlamışam. Mən də bu yalanlara inanaraq, maşın haqqında xarici vətəndaş bilidyim şəxslə yazışmışam.

Bu 3 dələduz işlərini o qədər peşəkar görürdülər ki, bir an belə, şübhə etməmişəm. İnanmağıma əsas səbəblərdən biri də Şahidin özünü mənə “Bandotdel” (Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi) əməkdaşı kimi tanıtması olub. O, mənə tez-tez “Bandotdel”in qarşısından şəkillər də göndərirdi, deyirdi ki, iclasa girirəm. Yəni bu kimi yalanlarla inamımı qazanmışdılar. Heç vaxt ağlıma gəlməzdi ki, bu 3 dost dələduzluqla məşğuldurlar.

Onların dələduzluqlarının üstü bir mesajla açıldı. Belə ki, bir gün telefonuma “SMS Radar” vasitəsilə “Hyundai Tucson” markalı avtomobilimin cəriməsi gəldi. Həmin vaxt icarədə olduğumu düşündüyüm avtomobilimin 99 SS 199 dövlət nömrə nişanının başqa model - “Opel Astra” markalı maşının üzərində olduğunu gördüm. Bu zaman artıq hər şey mənə aydın olmağa başladı. Dərhal Şahidə zəng vuraraq, “mənim maşınımı niyə satmısan, axı onu kirayə verməliydin”, - deyə soruşdum. O isə avtomobili satmadığını iddia etdi. Telefonuma gələn mesajı ona göndərdim. Bu zaman bir durğunluq yaşandı. Artıq bildi ki, mən “ayılmışam”, etiraf etməyə başladı.

Bundan sonra ona dedim ki, avtomobilimi qaytarmadığın halda səni və dostlarını polisə verəcəm. Söz verdi ki, avtomobili tezliklə qaytaracaq. Daha sonra, sözünü dandı, başladılar dələduzluqlarını davam etdirməyə. Hətta məni hədələyərək, “sən bilirsən, mənim arxamda kim və kimlər var? Səni ödürüb atarlar bir kənara, heç kəs də cəza çəkməz”, - demişdi.

İcarəyə verdiyim maşınımın satıldığını, Amerikadan da hər hansı avtomobil gəlmədiyini görüb, başqa yolum qalmadı, Səbail Rayon Polis İdarəsinə, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdim. Lakin iş uzana-uzana qaldı. Bu zaman aydın oldu ki, həqiqətən bu 3 dələduzun arxası möhkəm yerə dayanır.

Nəticədə, etibarnaməni əsas gətirərək, işi Yasamal Rayon Polis İdarəsinə yönləndirdilər. Orada da şikayətimə baxılması ləngidi...

İndiyədək müraciət etmədiyim ünvan, qurum qalmayıb. Bu şəbəkə o qədər bacarıqlı, arxa-dayaqlıdır ki, bütün qurumlara 3, hətta şirkəti də hesablasaq 4 nəfərin adını verməyimə baxmayaraq, cavabdeh qismində yalnız Şahidi önə verirlər. Guya, o, bütün dələduzluqları təkbaşına edib. Talıb adlı şəxs isə rahat şəkildə öz həyatını yaşayır. Halbuki, mənə “gətiriləcək olan” maşının haqq-hesab işlərini yalnız Talıbla danışmışam. Görünür, o, “toxunulmaz” olduğundan, hələ də mənim kimi qurbanları aldatmağa davam edir.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Sizdən artıq dərəcədə xahiş edirəm ki, müraciətimi cavabsız qoymayın. Əlimdə bütün dediklərimi sübut edəcək video-görüntülər var. Hazırda işim Ağır Cinayətlərə Məhkəməsində, hakim Mahirə Kərimovanın icraatındadır. Ümid edirəm ki, Mahirə xanım digər dələduz şəxsləri də hüquqi qaydada bu işə cəlb edər və ədalətli qərar verər.

Onu da qeyd edim ki, əlimdə olan məlumatlar tək məndə deyil, mənə yaxın olan şəxslərdə, həmçinin redaksiyada da saxlanılır. Mənim və yaxınlarımın başına gələcək ən xırda hadisədən belə, yuxarıda adlarını çəkdiyim şəxslər cavabdehdirlər. Hətta başıma açılan dələduzluğun fərqinə varan gün Şahidi evimə dəvət edərək, video görüntü şəklində bütün oyunları ona etiraf etdirmişəm.

Bu 3 nəfərin arxasında kim varsa, artıq məni işimlə də hədələyirlər…

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Sonda bir da Sizdən xahiş edirəm ki, bu işdə mənə kömək edin. İnanıram ki, Sizin göstərişinizlə dələduzlar cəzalarını, mən isə dələduzluq yolu ilə ələ keçirilən vəsaitimi geri alacam.

Məhkəmədə mənim kimi zərər çəkən digər şəxslər də var”.

Jalə FAMİLQIZI, ("Hurriyyet")

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam