Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bakıda “bağ əməliyyatı”:bolşevik oğlunun cinayəti, rusiyalı qonaqlar üçün “seks ziyafəti”

news content


Moskvada açılmış “Azərbaycan işi” kimlərin başını yedi?

Yenixeber.org: 1947-ci il dekabrın 14-də SSRİ-də pul islahatı baş verdi. İslahat qismən denominasiya ilə həyata keçirilirdi. Nağd halda köhnə 10 rubl əvəzinə yeni 1 rubl verilirdi. Banklardakı əmanətlər üç min rubla qədər 1:1, üç mindən on minə qədər 3:2, on mindən yuxarı isə 2:1 nisbətində dəyişdirilirdi.

İslahat başlayan kimi SSRİ Dövlət Nəzarəti Nazirliyinin (DNN) əməkdaşları müxtəlif bank maxinasiyalarının qarşısını almaq üçün nəzarət və yoxlama tədbirlərini gücləndirdilər. Bu zaman nazirliyin F. Naboka adlı müfəttişi Dövlət Bankının Azərbaycanda, Mərdəkan yaxınlığındakı şöbəsində 162 saylı hesabdan qeyri-adi əməliyyatların aparıldığını təsbit etdi. Noyabrın sonlarından etibarən bu hesabdan bir neçə dəfə respublika Nazirlər Sovetinin hesabına və geriyə 40 min 182 rubl 86 qəpik keçirilmişdi. 

Məsələni araşdıran Naboka aşkar edir ki, həmin hesab Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Əzizağa Əzizbəyova (Məşədi Əzizbəyovun oğlu) məxsusdur, pul vəsaiti isə onun həyətyanı sahəsinin məhsullarının satışından əldə olunan gəlirlərdir. Naboka əldə etdiyi nəticələr barədə dövlət nəzarəti naziri Lev Mexlisə məlumat verdi və əlavə etdi: “Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Əzizbəyovun belə “özəl” fəaliyyəti təsərrüfatçılığın mülkədar formasını xatırladır... bank əməliyyatlarının qanuniliyi isə böyük şübhələr doğurur. Güman edirəm ki, Azərbaycan SSR Nazirlər Sovetinin işlər idarəsinin fəaliyyətini araşdırmaq üçün xüsusi yoxlama təyin etmək zəruridir”.  

Məlumatı alan Mexlisin xeyli sevindiyini təxmin etmək olar: onun Azərbaycan Kommunist partiyasının birinci katibi Mircəfər Bağırovla müharibə dövründən qalma hesabı vardı. 

*** 

Lev Mexlis 1942-ci ilin yanvarında Ali Baş komandanlıq Qərargahının Krım cəbhəsində nümayəndəsi təyin edildi. Döyüş bölgəsinə gələn kimi qüvvələri konsolidasiya etmək əvəzinə cəbhə komandanı general-leytenant Dmitri Kozlovdan şikayət və donos yazmağa başladı. Bu da ordunun müdafiə qabiliyyətini güclənməsinə xidmət etmədi. 

Alman general Erix fon Manşteynin komandan olduğu 11-ci ordu mayın 7-15-də “Dovdaq ovu” (Trappenjagd) adlı əməliyyat keçirdi və qırımızı ordunu hissələrini ağır məğlubiyyətə uğratdı. Sovet qüvvələri böyük itkilər verdilər. Onların arasında 77-ci dağ-atıcı və 396-cı atıcı Azərbaycan diviziyaları vardı. İtkilər o qədər böyük idi ki, hər iki diviziya buraxıldı. 77-ci diviziya yenidən formalaşdırıldı, 396-cı diviziya isə tarixə qovuşdu. 

Krım fəlakəti 1942-ci il iyunun 4-də Moskvada müzakirə olundu. Həm Mexlis, həm Kozlov, həm də daha aşağı vəzifəli hərbçilərə qarşı ciddi ittihamlar, iradlar səsləndirildi. Mircəfər Bağırov da çıxış etdi və Krım cəbhəsi rəhbərliyini xeyli azərbaycanlının ölümündə günahlandırdı (Bağırovun azərbaycanlıların ölümünə görə hansısa general(lar)ı güllələməsi barədə əsassız mif də, ola bilsin, buradan yaranıb. Hətta güllələdiyi adamın Nikita Xruşşovun qardaşı olduğu deyilir, halbuki Xruşşovun heç zaman qardaşı olmayıb).

Mexlis və Bağırov

Toplantının nəticələrinə görə Mexlisin rütbəsi iki pillə aşağı salındı: 1-ci dərəcəli ordu komissarından korpus komissarına. General-leytenant Kozlov isə general-mayor oldu. 

Təxminən 6 il sonra Əzizağa Əzizbəyovun şübhəli əməlləri barədə məlumat alan Mexlis tənqidçilərindən birindən qisas almaq fürsəti qazandı. “Azərbaycan işi” adlanacaq yoxlamalar belə başladı.  

*** 

Müttəfiq respublikanın Nazirlər Sovetinin işlər idarəsini yoxlamaq üçün Stalinin şəxsi icazəsi lazım idi. Buna görə də Nabokanın təklifinə rəğmən, yoxlama yalnız Əzizbəyovun 

bağ təsərrüfatında aparıldı.

Əzizağa Əzizbəyov (1903-1966)

Məlum oldu ki, Əzizbəyov Şüvəlanda yerləşən malikanədən uşaq evini köçürdüb və onu 3,5 hektar ərazisi ilə birlikdə mənimsəyib. Burada dövlət vəsaiti hesabına əlavə tikintilər aparılıb. Ərazidən əldə olunan meyvə və tərəvəzi isə xidməti vəzifəsindən istifadə edərək, bazar qiymətinə respublikanın ticarət təşkilatlarına satıb. Nəticədə 1945-1947-ci illərdə təkcə aşkar edilən sənədlərə görə, 668,9 min rubl gəlir əldə edib.

Əzizbəyovun bağ evi

Bu faktlar əldə olunandan sonra Mexlis Kommunist partiyasının Mərkəzi Komitəsinə və SSRİ Nazirlər Sovetinə məlumat verdi. Məlumatda Əzizbəyovun vəzifəsindən çıxarılması və cinayət məsuliyyətinə cəlb edilməsi, sözügedən bağ evinin dövlətə qaytarılması təkliflər yer alırdı. Mayın 11-də isə Nazirlər Sovetinin bürosuna və şəxsən Stalinə qərar layihəsini göndərdi. Stalin müəyyən dəyişikliklər etdiyi layihəni 6 gün sonra imzaladı. 

Qərarda Ə. Əzizbəyovun vəzifədən çıxarılması, Şüvəlandakı malikanənin Azərbaycan SSR Nazirlər Sovetinin balansına keçirilməsi təklif olunur, Dövlət Nəzarəti Nazirliyinə Azərbaycan SSR Nazirlər Sovetinin (təkcə işlər idarəsinin yox, bütün hökumətin) maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması və sovet hökumətinə məlumat verməsi tapşırılırdı. MK yanında partiya nəzarəti komitəsi Əzizbəyovun partiya üzvlüyü məsələsinə baxacaq, cinayət məsuliyyətinə cəlb olunub-olunmamasına qərar verəcəkdi. 

DNN kollegiyasının mayın 18-də keçirilən iclasında yoxlamanı mayın 23-də başlamaq və iyunun 20-də bitirmək qərara alındı. Təftiş nazir müavini S. Yemelyanovun rəhbərliyi altında keçiriləcəkdi. 

*** 

Mircəfər Bağırovun Stalinin sevimli kadrlarından olduğu sirr deyil. Üstəlik, Azərbaycan rəhbərinin Moskvada Beriya kimi güclü hamisi vardı. Belə olan halda, Stalinin kompleks yoxlamanı niyə sanksiyalaşdırması sual doğurur.

Bu suala dəqiq cavab vermək çətindir. Daha ağlabatan ehtimala görə, həmin dövrdə rəhbərlikdə ikinci adama çevrilən Andrey Jdanovun Beriya-Malenkov cütlüyünə qarşı mübarizəsi belə bir səbəb ola bilər. Jdanov Bağırovun vurulmasının Beriyanın mövqelərini zəiflədəcəyini düşünürdü və haqsız da deyildi. 

*** 

DNN-in yoxlaması Azərbaycan SSR Nazirlər Soveti və onun aparatı ilə yanaşı bir neçə nazirliyi, Kirov adına ADU-nu (indi BDU), rayon maliyyə şöbələrini, artel və sənaye korporasiyalarını, həmkarlar ittifaqının nəzdindəki sanatoriya və istirahət evlərini və b. əhatə etdi. 

Təftiş zamanı böyük sui-istifadələr və dövlət vəsaitinin oğurlanması halları aşkara çıxarıldı. Yoxlamalarda iştirak edən A. Klimkin adlı müfəttişin 1953-cü ilin noyabrında, artıq Stalinin ölümündən və Beriyanın həbsindən sonra Xruşşova yazdığı məktubda həmin hallar sadalanır.

“Azərbaycan Nazirlər Sovetinin rəhbərləri aparatın saxlanılmasına büdcədən ayrılan vəsaitə sığmadıqlarından qanunla nəzərdə tutulmayan başqa mənbələrdən vəsaitlərin cəlb olunması təcrübəsindən geniş istifadə edirdilər. Smetadan artıq xərcləmə və başqa mənbələrdən vəsaitlərin qanunsuz cəlbi hesabatlarda gizlədilirdi. Məsələn, 1946-1947-ci illər üzrə hesabatlarda göstərilir ki, aparatın saxlanılmasına və başqa məqsədlərə 8 570 min rubl, yəni smetalarda göstərilənlərdən 262 min rubl az xərclənib. Əslində isə həmin dövrdə 11 836 min rubl, yəni 3 milyon rubl artıq xərclənib.

Artıq xərcləri ört-basdır etmək üçün bəzən pullar öncədən hazırlanır, bilərəkdən qapalı ehtiyatlar yaradılırdı. Bunun üçün respublika büdcəsi üzrə azad kreditlərin ilin sonuna qədər xərclənməyən hissəsindən istifadə olunurdu. 

<…> Məxfi pullar Nazirlər Sovetinin ehtiyat fonduna və İşlər idarəsinin yeməkxanasına yönəlir, buradan da respublika rəhbərliyinə və gələn qonaqlara pulsuz ərzaq və spirtli içkilər paylanılması, müavinətlərin verilməsi, sanatoriya və istirahət evlərinə putyovka əldə olunması üçün istifadə olunurdu. 

1946-1947-ci illərdə Nazirlər Sovetinin ehtiyat fondundan 2 milyon 432 min rubl xərclənib, onun da yalnız 708,8 mini təyinatı üzrə yönəlib. Qalanları smetalarda nəzərdə tutulan maddələr üzrə izafi xərclərin qapadılmasına və başqa məqsədlərə - müxtəlif adamlara pulsuz ayrılan ərzağın və hədiyyələrin ödənilməsinə - sərf olunub. 

<…> Xüsusi kontingentə (İran demokratları) xidmət üçün ayrılmış vəsaitlərin 90 min rublu təyinatı üzrə xərclənməyib: Nazirlər Sovetinin işlər müdiri N. Həsənzadə yoldaşın diş protezi üçün qızılın alınmasına, Dövlət plan komitəsinin sədri Antelepyan yoldaşın və başqalarının sanatoriya putyovkası üçün və i.a. 

Nazirlər Soveti ehtiyat fondunun pulları “qonaq”ların qarşılanmasına, respublikanın rəhbər işçilərinə hədiyyələrə, bağlamalara, pulsuz ərzaq və spirtli içkilər ayrılmasına xüsusi israfçılıqla sərf olunurdu. Yoxlamanın aşkar etdiyi sənədlərə görə, 1946-1947-ci illərdə bu məqsədlə 659,4 min rubl xərclənib. Dövlət Təhlükəsizlik Nazirliyinin xüsusi bazasına köçürülən 467 min rublu da buraya aid etmək lazımdır: onların da önəmli hissəsi belə xərclənib”.

Klimkinin məktubundan aydın olur ki, Əzizbəyovun bağı məsələsi unikal hadisə deyil: “Yoxlama aşkar edib ki, 1944-1946-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin İşlər idarəsinin balansında heç bir “hökumət bağ evləri” olmayıb. Yazışmalardan və Dövlət bankının yerli şöbələrinin cari hesablarından aydın olur ki, bu ad altında M. Bağırovun, Nazirlər Sovetinin sədri T. Quliyevin və onun keçmiş müavinləri Əzizbəyov və İslamzadənin yaşadıqları bağ evləri nəzərdə tutulur... Bağ evləri xidmətçi personalı olan xüsusiləşmiş təsərrüfat idilər. Təsərrüfat muzdlu işçi qüvvəsinin cəlbi, bağçılıq məhsullarının və tərəvəzlərin azad satışı ilə əslində xüsusi qaydada aparılırdı. Məhsullar uşaq müəssisələrinə, xəstəxanalara satılır və kooperativlər vasitəsilə bazar qiyməti ilə satılırdı. Bağ təsərrüfatları maliyyə orqanlarının nəzarətindən azad idilər və onlardan heç bir vergi tutulmurdu. Bir sözlə, sosialist dövləti üçün görünməmiş təsərrüfat forması yaranmışdı”.

Klimkin Xruşşova qeyri-maliyyə pozuntuları barədə də məlumat verir: “Xüsusi fondun sənədlərini yoxlayan zaman Nazirlər Sovetinin mühasibatlığında aşkar etdiyim açıq sənədlərdə məxfi və xüsusilə məxfi məzmunlu məlumatlar vardı. Həmin sənədlərdə İran hadisələri - İran Azərbaycanının keçmiş hökumət üzvlərinin və ayrı-ayrı hərbi hissələrin Azərbaycanda olması - ilə bağlı məlumatlar əks olunurdu... Mühasibatlığın açıq sənədlərində Azərbaycan SSR-in keçmiş dövlət təhlükəsizlik naziri Yemelyanovun Nazirlər Sovetinin sədri Quliyevə məktubu tapılıb. Məktubda Molla Mustafa Bərzaninin Şüvəlanda yerləşdirilən İran kürdlərindən ibarət dəstəsinin saxlanılması üçün vəsait ayrılması xahiş olunur”.

*** 

Gözləmək olardı ki, yoxlamanın aşkar etdiyi faktlar Azərbaycanda xeyli rəhbər şəxsin ən azı vəzifəsini itirməsinə səbəb olacaq. Amma belə olmadı. Mircəfər Bağırov belə asanlıqla təslim olacaq adam deyildi. Klimkin bu barədə yazır: “Azərbaycan KP MK-nin keçmiş birinci katibi M. Bağırov yoxlamaya rəhbərlik edən SSRİ Dövlət nəzarəti nazirinin keçmiş müavini S. Yemelyanovun bəzi fərdi səhvlərindən yararlanaraq, yoxlamanı gözdən salmağa və yoxlama materiallarının onun özünə Bakıya göndərilməsinə nail oldu”.

Deyilən “bəzi fərdi səhvlər”i isə yerli çekistlər vasitəsilə Bağırov təşkil etmişdi. Yemelyanov və komissiyanın başqa üzvləri üçün ziyafətlər təşkil edir, bu zaman onlar yanına seks işçiləri yerləşdirirdilər. Həm ziyafət zamanı, həm də sonra baş verənlər lentə alınırdı. 

Bunda əlavə, Moskvadakı vəziyyətdə də dəyişikliklər oldu. Ürəyində ciddi problemlər olan Jdanov iyulun ilk günlərində həm istirahət, həm müalicə üçün “Valday”a yollandı (avqustun 31-də burada öldü). Bu da Bağırova hadisələrin gedişini dəyişmək imkanı verdi, şübhəsiz Malenkov-Beriya vasitəsilə.

İyulun 21-də Siyasi Büronun qərarı ilə Azərbaycandakı yoxlamanın nəticələrini “partiya-siyasi araşdırılmaq üçün” xüsusi komissiya yaradıldı. Sədri Malenkov olan komissiyaya P. Ponomarenko, A. Kuznetsov, L. Beriya, A. Mikoyan, L. Mexlis ilə yanaşı M. Bağırov daxil idi. Bağırovun komissiyaya salınması artıq müəyyən şeylərdən xəbər verirdi. 

İki gün sonra MK-nin katibliyi partiya nəzarət komissiyasının rəyi əsasında Əzizağa Əzizbəyov haqqında qərar qəbul etdi. Gözlənildiyinin əksinə olaraq, o, partiyadan çıxarılmadı, işi məhkəməyə göndərilmədi. Yüksək vəzifəsini itirməkdən savayı partiya xətti ilə də ciddi töhmət aldı. 1966-cı ildə vəfat edəndə isə Fəxri xiyabanda dəfn olundu. Amma qayıdaq 1948-ci ilə.

DNN əməkdaşlarının Bakıda eyş-işrət məclislərində çəkilmiş kadrları, şübhəsiz ki, artıq Stalinə təqdim olunmuşdu. Sovet rəhbəri Bağırovu Moskvaya çağırdı və iyulun 30-da qəbul etdi. Elə həmin gün də xüsusi komissiyanın rəyi təsdiq olundu. Həmin rəyə görə:

  • Yoxlama qeyri-düzgün təşkil olunub və aparılıb. Xüsusi ehtiyac olmadığı halda Mexlis yoxlamaya böyük miqyas verib - təftişdə 150 nəfər iştirak edib. Yoxlama qərəzli şəkildə aparılıb. Başda Yemelyanov olmaqla, müfəttişlər Azərbaycanın partiya və hökumət rəhbərliyinə bilərəkdən etimadsızlıq göstəriblər, “şikayətçi”lərə xüsusi qayğı ilə yanaşıblar.
  • Dövlət nəzarəti nazirinin müavini Azərbaycana ezamiyyəti zamanı özünü ləyaqətsiz aparıb, mənəviyyatsız hərəkətləri ilə özünü gözdən salıb. Komissiya Yemelyanovun vəzifəsindən çıxarılmasını, ciddi töhmət verilməsini, dövlət nəzarəti orqanlarında işləməsini qadağan etməyi təklif edir. 
  • Dövlət nəzarəti nazirinin kadrlar üzrə müavini Starostin Mexlisə yazdığı məktubda ədəbsiz və kobud şəkildə Bağırovu ittiham edib. Komissiya Starostini də vəzifəsindən azad etməyi təklif edir. Mexlis Yemelyanovun və Starostinin yanlış davranışlarını himayə edib. Komissiya Azərbaycandakı yoxlamanın nazirlik tərəfindən yanlış təşkilini və rəhbərliyini Mexlisin nəzərinə çatdırmağı zəruri hesab edir. 

Yalnız bunlardan sonra Komissiya Azərbaycan rəhbərliyinə yoxlama nəticəsində ortaya çıxan “çatışmazlıqlar”ı aradan qaldırmağı təklif edir. 

***

Beləcə, Azərbaycanın partiya və hökumət rəhbərliyini kütləvi cəzalandırlması ilə nəticələnməsi gözlənilən “Azərbaycan işi” Dövlət Nəzarəti Nazirliyi rəhbərliyinin cəzalandırılması ilə nəticələndi. Siyasi büronun avqustun 26-da qəbul etdiyi “Dövlət Nəzarəti Nazirliyinin və onun yerlərdəki nümayəndlərinin hüquqlarının dəqiqləşdirilməsi haqqında” qərar nazirliyin səlahiyyətlərini və müstəqilliyini xeyli məhdudlaşdırdı. 

Beləliklə, amoral davranış dövlət vəsaitinin talanmasından və mənimsənilməsindən daha ağır əməl sayıldı və daha ağır cəzalandılrdı. Yoxlamanın sənədlərini əldə edən M. Bağırov müfəttişlərlə əməkdaşlıq edən yerli kadrları sərt cəzalandırdı. 

Lev Mexlis insult keçirdiyinə görə 1950-ci il oktyabrın 27-də vəzifəsindən azad ediləndən sonra yerinə Zaqatalada anadan olmuş Vsevolod Merkulov təyin olundu. O, Beriyanın yaxın adamı idi, zatən Beriya və daha beş nəfərlə birlikdə 1953-cü il dekabrın 23-də güllələndi. 

Mircəfər Bağırov isə Stalinin ölümündən bir ay sonra, 1953-cü aprelin 6-da  Azərbaycanın partiya rəhbəri postunu itirdi və elə həmin gün respublikanın Nazirlər Sovetinin sədri oldu. Beriyanın həbsindən sonra, 2-7 iyulda keçirilən MK plenumunda özünü xilas etmək üçün keçmiş hamisinə xeyli döşədi, onu partiya və xalqın qəvi düşməni adlandırdı, “yoldaş Stalinin ölümündən keçən qısa müddətdə bu tipi ifşa və həbs etdiklərinə görə” yeni rəhbərliyə təşəkkür etdi. 

Amma xeyri olmadı. Elə həmin plenumun qərarına görə MK üzvlüyündən və Siyasi büro üzvlüyünə namizədlər siyahısından çıxarıldı. İyulun 20-də Azərbaycan SSR Nazirlər Sovetinin sədri postunu da itirdi. 1954-cü il martın 13-də həbs olundu. 1956-cı il mayın 26-da isə məhkəmənin hökmü ilə güllələndi.(pressklub)

Ydigar Sadıqlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam