Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq qurur – ölkə liderlərindən dünyaya mesajlar -ŞƏRH

 

Azərbaycanın xarici siyasət doktrinası balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan model üzərində qurulub. Bu yanaşma illərdir Azərbaycanın dünya ölkələri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirməsinə şərait yaradıb. Ölkəmiz strateji mövqeyi ilə müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutmaqdadır.

Yenixeber.org: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Rəsmi Bakı beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Pekin Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır və bu, yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.

Təsadüfi deyil ki, ölkələrimiz arasında qarşılıqlı səfərlər mütəmadi hal alıb. Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında (ÇXR) dövlət səfərindədir. Aprelin 23-də iki ölkənin lideri hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb. Eyni zamanda, dövlət liderləri iki ölkə arasında münasibətlərin strateji xarakter alması barədə bəyanatlar səsləndiriblər.

ÇXR Sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib ki, ölkələrimiz hərtərəfli strateji tərəfdaşlığın yaradılmasını elan ediblər. Çin liderinin sözlərinə görə, bir sıra əməkdaşlıq sənədlərinin imzalanması ikitərəfli münasibətlərin genişlənməsinə kömək edir. "İnanıram ki, sizin səfəriniz məhsuldar nəticələr verəcək", - deyə o vurğulayıb.

Şübhəsiz ki, Azərbaycan ilə Çin arasında əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütün Avrasiya üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Çin arasında strateji yaxınlaşma bu gün, demək olar ki, bütün əsas sahələri - siyasi dialoqdan nəqliyyat logistikasına, mədəni mübadilədən beynəlxalq təhlükəsizliyə qədər - əhatə edir. Liderlər səviyyəsində etimad, iqtisadi göstəricilərin sabit artımı, qlobal arenada qarşılıqlı dəstək, suverenlik və hörmət prinsiplərinə qarşılıqlı sadiqlik bu tərəfdaşlığı Azərbaycanın xarici siyasətinin dinamik inkişaf edən istiqamətlərindən birinə çevirir.

 

Prezident İlham Əliyev və Sədr Si Cinpinin səsləndirdikləri bəyanatlar görüşlərin uğurlu nəticələri əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. Qeyd edək ki, münasibətlər daim dəyişən beynəlxalq vəziyyətə baxmayaraq, möhkəm və sabit olaraq qalır. "Hər iki ölkə diplomatik münasibətlərin qurulmasının ilkin niyyətini həmişə xatırlayır. Çin və Azərbaycan qarşılıqlı hörmət, ədalət və qərəzsizlik, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalır. Hər iki tərəf siyasi qarşılıqlı etimadı gücləndirməyi, praktiki əməkdaşlığı dərinləşdirməyi, beynəlxalq əməkdaşlığı möhkəmləndirməyi davam etdirməlidir. Eyni zamanda hərtərəfli əməkdaşlığın yeni səhifəsini açmalıdır", - Çin Sədri qeyd edib.

Tarixə nəzər salsaq, ikitərəfli əməkdaşlığa ilk təkan 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Çinə səfəri ilə verilib. Sonrakı illərdə tamhüquqlu əməkdaşlıq arxitekturası üçün təməllər qoyuldu. Prezident İlham Əliyevin 2005, 2015 və 2019-cu illərdəki səfərləri bu tendensiyanı daha da gücləndirdi və onların hər biri - əvvəlkindən daha geniş və əhatəli gündəliyə malik olmaqla - Azərbaycanın təkcə Çinlə tərəfdaşlıqda maraqlı olmadığını, həm də uzunmüddətli işləməyə hazır olduğunu nümayiş etdirdi. Azərbaycan dövləti başçısının Pekinə səfəri də bu xəttin simvolik davamıdır. Bu səfər qarşılıqlı hörmətin təsdiqi olmaqla yanaşı, həm də yeni təşəbbüslər - ticarət, turizm, təhsil, təhlükəsizlik sahələrində platforma olacaq. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, o, bütün sahələrdə əməkdaşlığı gücləndirməyi gözləyir və çinli tərəfdaşlar da eyni dialoqa hazırdırlar.

Yeri gəlmişkən, səfər çərçivəsində bu gün Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması xüsusi qeyd edilməlidir.

 

Bəyanatda qeyd olunub ki, diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətlər yüksək həddədir. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Çin də Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

Tərəflər strateji oriyentir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan etdilər.

Azərbaycan Prezidenti Si Cinpini hər iki tərəf üçün əlverişli vaxtda Azərbaycana səfərə dəvət etdi.

Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcək.

Xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaradır.

Beləliklə, reallıq odur ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi isə ölkəmiz üçün böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.

Prezident İlham Əliyevin Çinin "Sinxua" agentliyinə müsahibəsində dediyi kimi, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam