Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Avant Group" rəhbəri Əli Hüseynov çətin durumda -SƏBƏB

media-ali

Bakı şəhəri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

Yenixeber.org: Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Ağacların “Avant Group” MTK tərəfindən kəsildiyi və təbiətə 100 min manatdan çox ziyan vurulduğu müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib.

Qeyd edək ki, Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Avant Group” MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan vurulduğu bildirilmişdi.

Faktla bağlı akt tərtib edildiyi, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materialların Baş Prokurorluğa göndəriləcəyi açıqlanmışdı.

Qeyd edək ki, “Avant Group”un rəhbəri Əli Hüseynov ölkədən  valyuta çıxarması ilə bağlı  məhkəməsi keçirilmişdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam