Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Fransada nümayişlərdə 500-dən çox insan saxlanılıb

Fransada pensiya islahatının əleyhdarlarının iştirak etdiyi 1 May nümayişlərində saxlanılanların sayı 540 nəfərə yüksəlib. Bunu Fransanın daxili işlər naziri Cerald Darmanin deyib.
Yenixeber.org: Onun sözlərinə görə, Parisdə keçirilən etiraz aksiyalarında 305 nəfər saxlanılıb. Darmanin əlavə edib ki, mayın 1-də nümayişlər zamanı iğtişaşlar zamanı yaralanan polis və jandarmların sayı 406 nəfərə çatıb ki, onlardan 259-u Parisdədir.
"Bazar ertəsi Fransada genişmiqyaslı 1 May nümayişləri keçirilib. Parisdə yürüş başlayandan dərhal sonra qara blok radikalları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında şiddətli toqquşmalar baş verib, polis gözyaşardıcı qazdan, daha sonra isə su şırnaqlarından istifadə edib. Radikallar hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişənglər, peyntbollar və butulkalar atıb, həmçinin bankların və digər müəssisələrin şüşələrini sındırıblar".
Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün Fransada nümayişlərdə 700 mindən çox, Parisdə isə 112 min insan iştirak edib.
Aprelin 14-də Fransanın Konstitusiya Şurası ölkədə pensiya yaşının 2030-cu ilə qədər tədricən 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatı qanun layihəsinin əsas maddəsini təsdiqləyib. Həmin gün Fransa prezidenti Emmanuel Makron qanunu imzalayıb.
Pensiya islahatları haqqında qanun pensiya yaşının artırılmasını və bir sıra çətin peşələr üçün “xüsusi” rejimlərin ləğvini təklif edir. Hakimiyyət 2023-cü il sentyabrın 1-dən pensiya yaşını ildə üç ay artırmağa başlayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam