Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Litva bu millətlərə vətəndaşlıq verməyəcək

Litva rus və belaruslara vətəndaşlıq verməyəcək
Litva Seymi (parlamenti) ruslara və belaruslara vətəndaşlıq verilməsini dayandırmaq qərarına gəlib.
Yenixeber.org: Bu barədə “Moskva danışır” xəbər verib. Bundan başqa, Litva hakimiyyət orqanları yaşayış icazəsi olmadığı halda ölkə ərazisində daşınmaz əmlakın alınmasına qadağa qoyub.
Müvafiq qərarın Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı qəbul edildiyi qeyd edilib. Bu məhdudiyyətlər Belarusa Rusiya Federasiyasının hərəkətlərini dəstəklədiyi üçün təsir edib. Sənədin qəbulunun lehinə 113 deputat səs verib, 9 deputat bitərəf qalıb, heç biri əleyhinə çıxış etməyib.
Litva həmçinin ölkənin xaricdəki viza xidmətlərində milli də daxil olmaqla vizaların alınması və yaşayış icazəsinin verilməsi üçün müraciətlərin qəbulunu müvəqqəti dayandırıb. İstisna, artıq ölkədə və ya Aİ-də etibarlı Şengen və ya milli vizası və ya yaşayış icazəsi olan ruslara və belaruslara aiddir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam