Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Əcnəbilərin ölkəyə hansı yolla daxil olduğu niyə açıqlanmır? –Rəsmi cavab

Dövlət Statistika Komitəsi əcnəbilərin ölkəyə hansı yolla daxil olduğunu açıqlamamasına aydınlıq gətirib.
Yenixeber.org: Komitədən bildirilib ki, hazırda ölkəmizə quru yolla gələnlərin tam əksəriyyətini qeyri-turizm məqsədilə gələnlər (idxal olunan yükləri daşıyan avtomobillərin sürücüləri, yükləri müşayiət edən şəxslər və s.) təşkil edir və turizm statistikası üçün xarakterik olmadığından (pandemiyadan əvvəlki illərdə quru yolla turizm məqsədilə gələnlərin sayı çox olduğuna görə turizm statistikası üçün əhəmiyyət kəsb edirdi) həmin məlumatlar “Turizmin mövcud vəziyyəti haqqında” press-relizdə verilməyib:
“Buna baxmayaraq, qeyd olunan göstəricilər əvvəlki illərdə olduğu kimi, 2022-ci ilin yekunu üzrə də, turizm kontekstində deyil, sadəcə məlumat üçün “Azərbaycanda turizm” məcmuəsində dərc ediləcək.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2022-ci ildə ölkəmizə quru yolla gələnlərin sayı 536,1 min nəfər olub”.
Qeyd edək ki, ötən ilin avqust ayından başlayarq Dövlət Statistika Komitəsi əcnəbilərin ölkəyə hansı yolla daxil olduğunu açıqlamır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam