Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Kiyevin “Cəsarət xiyabanı”nda Co Baydenin adı həkk olundu -FOTO

Ukraynanın paytaxtı Kiyevdə yerləşən “Cəsarət xiyabanı”nda Co Baydenin adı yazılmış lövhə yaradılıb.

Yenixeber.org: ABŞ Prezidenti Ukrayna lideri Volodimir Zelenski ilə birlikdə Ali Rada yaxınlığındakı Konstitusiya Meydanını ziyarət edib.

Lövhədə Baydenin imzası və iki tarix həkk olunub: 24 fevral 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalı günü Volodimir Zelenskiyə ilk telefon zəngi və ABŞ Prezidentinin Ukraynaya ilk səfər günü olan 20 fevral 2023-cü il tarixi.

“Cəsarət xiyabanı” müharibə başlayandan sonra Zelenskinin təşəbbüsü ilə yaradılıb. Burada Rusiyanın hücumundan sonra Ukraynaya dəstək verən dünya liderlərinin adları qeyd olunub. Bunlar təkcə siyasətçilər deyil, həm də mədəniyyət xadimləri, ulduzlardır. İlk ad lövhəsi isə Polşa Prezidenti Andjey Dudaya məxsusdur.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam