Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Britaniyada minlərlə təcili yardım işçisi TƏTİL EDİR

 

Böyük Britaniyada təcili yardım işçiləri genişmiqyaslı tətillərə qoşulub.

Yenixeber.org: Ölkədə yüksək inflyasiya fonunda işçilər maaşların artırılmasını tələb edirlər.

“Biz sadəcə hökumətin danışıqlar masasına qayıtmasını və bizimlə danışmasını istəyirik”, –  həmkarlar ittifaqının sözçüsü Naycel Bisli bildirib.

Məlumata görə, bazar ertəsi keçiriləcək tətildə təxminən 11 min nəfər iştirak edəcək. Onlar illik 10,1%-ə çatan inflyasiyaya uyğun olaraq əmək haqqının artırılmasını tələb edirlər.

Qeyd edək ki, inflyasiyanın kəskin artması, əhalinin real gəlirlərinin və həyat səviyyəsinin aşağı düşməsi nəticəsində yaranan genişmiqyaslı tətil dalğası ötən ilin sonunda Böyük Britaniyanı bürüyüb. Tətillərdə tibb işçiləri, dəmiryolçular, poçtalyonlar, məktəb və ali məktəblərin müəllimləri, gömrükçülər, bir sıra başqa peşələrin nümayəndələri iştirak edirlər.

Britaniya hakimiyyəti dəfələrlə bəyan edib ki, dövlət sektorunda işləyənlərin maaşlarını inflyasiyaya uyğun olaraq qaldıra bilməzlər, çünki bu cür tədbirlər ölkədə qiymətlərin daha da artmasına səbəb olacaq və büdcəyə əsassız yük yaradacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam