Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Mina qurbanı olan aksiya iştirakçıları:"Erməni separatçıları sərvətlərimizin talanmasına və mina terroruna son qoymalıdır"

 

“Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisində erməni separatçıları sərvətlərimizin talanmasına son qoymalıdır. Onların ekaloji və mina terrorlarını dayandırmalarını tələb edirik”.

Yenixeber.org: Bunu Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçısı, Beynəlxalq Avrasiya Mətbuat Fondu adlı QHT-nin əməkdaşı, mina qurbanı Zabil Məmmədov deyib.

“Təəssüf ki, hər ay Azərbaycan vətəndaşları ermənilərin basdırdığı minalara düşərək sağlamlıqlarını itirir, yaxud şəhid olurlar. Hər kəsə məlumdur ki, Ermənistanın istehsal etdiyi minalar Azərbaycan ərazilərində, xüsusilə də mülki vətəndaşların əkin-biçin apardığı yerlərə basdıraraq insanları öldürürlər. Bütün beynəlxalq qurumlardan, dünya dövlətlərindən xahiş edirik ki, ermənilərin mina terroruna son qoyulmasına köməklik göstərsinlər” – Z.Məmmədov bildirib.

 
Zabil Məmmədov

O xatırladıb ki, Qarabağda yaşayan dinc erməni əhalisi SSRİ dönəmindən azərbaycanlılarla bir yerdə yaşayıblar:

“Bizim onlarla heç bir problemimiz yoxdur. Bu gün bizim əsas problemimiz Qarabağda məskunlaşmış separatçılarladır. Çünki onlar hazırda həmin ərazilərdə olan sərvətlərimizi talan edirlər, ekoloji terror törədirlər. Dinc əhalinin yoldan rahat istifadəsi üçün bütün lazımi şərait yaradılır. Gələcəkdə onları Azərbaycan vətəndaşı kimi qəbul edib birlikdə yaşaya bilərik”.

Digər aksiya iştirakçısı Rəfael Bayramov isə vurğulayıb ki, aksiyaya Azərbaycan xalqına dəstək üçün gəlib: “Azərbaycanda minadan zərərçəkmişləri təmsil edirik. Məqsəd sərvətlərin talanmasına qaşrı çıxmaqdır. Həmçinin, mina terroru nəticəsində xeyli sayda insan həlak olub, qazi olub. Qarşı tərəf buna son qoymalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam