Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Azərbaycana xilaf çıxan dönüklər - şərəfini erməni puluna satanlar

 

Agentlərin İrəvandakı anti-Azərbaycan “sxodkası”na sözardı

Yenixeber.org: Ermənilərə işlədiyi üçün gec də olsa peşmançılıq keçirmiş Vətən xaini Fəxrəddin Abboszadənin Bakıdakı cinayət işindəki materialların mürəkkəbi qurumamış, onun Ermənistan xüsusi xidmət orqanlarına agent kimi təklif etdiyi “Zabil Mədoj” ləqəbli Zabil Məhərrəmov erməni ağalarının qulluğunda durmaq üçün dekabr ayında yenidən İrəvana yollanıb (şəkil №1, şəkilin altında qeyd: E.Həsənov, R.Ağayev, İ.Şabanov, Z.Məhərrəmov və Z.İbrahimov, 6 dekabr 2019-cu il, İrəvandakı “Congress” mehmanxanası).

Xəbər verildiyi kimi, bu dəfə o, həmçinin şəkildə gördüyünüz digər dönüklər - İsmayil Şabanov, Zəhləməddin İbrahimov, Elşən Həsənov, Rüstəm Ağayev (sonuncu Facebook sosial şəbəkəsində özünü nədənsə Rüstəm Əhədov kimi qələmə verir) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) onlar üçün İrəvanda xüsusi təşkil etdiyi “elmi konfrans”a yollanıblar. O da məlum olub ki, Moskvadan İrəvana bütün yol xərclərini, eləcə də onların Ermənistanda qalma xərclərini, habelə Zabil Məhərrəmova, İsmayıl Şabanova pul mükafatlarını da MTX ödəyib. Yerevanda onları qarşılamış və “elmi konfransın” təşkilatçısı kimi ictimaiyyətə tanıdılmış Yerevan Dövlət Universitetinin kafedra müdiri Vardan Voskanyan isə MTX-nin agenti və bu xidmətin keçmiş direktoru Artur Vanetsyanın yaxın adamıdır.

Ermənistan mediası xəbər verib ki, dekabrın 6-7-si tarixində İrəvanda erməni şərqşünas alımlərinin iştirakı ilə Qafqaz tarixi barədə bir toplantı keçirilib və orada “Azərbaycanın bölünməsinin zəruriliyi” barədə danışılıb. Moskvada məskunlaşmış İsmayıl Şabanov öz aləmində iştirakçıları talış xalqı adından salamlayıb, ermənilərin ünvanına isti sözlər səsləndirib, onların Azərbaycanı bir neçə millət arasında bölməklə, Qarabağı işğal etmək niyyətlərini dəstəklədiyini söyləyib.

Lənət şeytana, yəni bu zat bir növ, ermənidən çox erməni olmaq istəyib, ermənilik edib, Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olan talışların faktiki, təhqir edib - özü də kimlərin qarşısında və harada? İşğalçı bir ölkənin paytaxtında, Xocalı soyqırımına imza atan və bunu israrla danan bir millətin önündə! Hansı erməni işğalına qarşı ki, talış xalqı da minlərlə şəhid verib. Cənub bölgəmizdə elə bir rayon, hətta kənd yoxdur ki, orada Qarabağ şəhidi, “Şəhidlər Xiyabanı” olmasın.

İndinin özündə təmas xəttində yüzlərlə talış vətəndaşımız hərbi xidmətdədir, ümumi vətənimiz Azərbaycanın keşiyində işğalçı qüvvələrlə üzbəüz dayanaraq keşik çəkir, səngərlərdə, yaxud başqa sərhəd bölgələrimizdədir. Amma siz bircə erməninin talış xalqı naminə öz millətini aşağıladığını, talışların yolunda öldüyünü və ya ölməyə hazır olduğunu, səngərdə durduğunu eşitmisinizmi?

zabil mədoj ile ilgili görsel sonucu

Yoxdur belə şey. Ola da bilməz. Ən azı ona görə ki, nasist ideologiyasına rəğbəti olan bir toplum olaraq ermənilər özlərindən başqa heç bir milləti sevməzlər. Yalnız iki sübut: 1. Ermənistan müstəqillik qazanan kimi bütün başqa millətləri, özəlliklə də köklü azərbaycanlıları qovaraq monoetnik ölkəyə çevrilib. 2. İrəvanın mərkəzində faşist əlaltısı Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb. 

Əlbəttə ki, yalnız Zabil Məhərrəmov, İsmayıl Şabanov kimi kökü naməlumlar, yediyi qaba və talış xalqının verdiyi şəhidlərin ruhuna tüpürən zatı qırıqlar belə şərəfsizliyə qol qoya bilərdilər. Təbii ki, belələrinin milliyyəti olmaz. Necə ki, cinayətkarın, terrorçunun milliyyəti olmur. Sözsüz ki, bu satqınlığa, Vətənə, talış xalqına xəyanətə görə onlar gec-tez ədalət məhkəməsi qarşısında dayanmalı olacaqlar. Vətən xaini Fəxrəddin Abboszadə kimi. Öz xalqını 5 qəpiyə satan bu agent-zatlar gərək onu da qulaqlarında sırğa eləsinlər ki, soyqırım, terror aktları kimi, belə cinayətlərin də törədilmə müddəti olmur. Yəni 50 il sonra yaxalansalar belə, onlar Azərbaycan xalqına cavab verməli olacaqlar.   

Hələliksə onların gerçək xislətini açan başqa faktlarla tanış olaq. Rusiyadakı həmvətənlərimizdən və hətta İsmayıl Şabanovun bir qohumundan redaksiyamıza daxil olan məlumatda onun artıq neçə müddətdir ermənilər tərəfindən gizli maliyyələşdiyi qeyd olunur. Bildirilir ki, erməni kəşfiyyatı ona Azərbaycanda separatizmin qızışdırılmasını tapşırıb, o da bu tapşırığı canla-başla yerinə yetirir. Qazandığı pulların bir qismini isə Rusiyada içkiyə və əxlaqsızlığa xərcləyərək, bir növ, eyş-işrətdə özünə təsəlli axtarır. Qeyd edilir ki, məhz buna görə Şabanova əvvəllər haradasa hörməti olmuş Rusiya, Belarus və Avropadakı bəzi talış mühacirlər ondan üz döndərib. Doğma qardaşı isə vəfatından öncə onunla möhkəm dalaşıb.

MTX agenti Voskanyan bəlkə də Şabanovdan üstün ola bilər - hər halda o, öz millətini aşağılamır. Erməni xəstəliyi yəni. Amma Vskanyanın ümumən talışlar haqda belə başından yekə danışması, talış xalqı yerinə hökm çıxarması artıq heç bir əndazəyə sığmır və yenə xroniki erməni xəstəliyinin bariz simptomu kimi üzə çıxır - hansı xəstəlik ki, yeri gəlmişkən, ən çox elə erməni xalqının özünə bəlalar gətirib və gətirməkdədir. Bu, o qədər bəsit gerçəklikdir ki, onu özlərindən razı ermənilərdən savayı hamı görür. 

Məsələn, Zülfüqar Əhmədzadə kimi Azərbaycanda yaşayan talış ziyalılar bütün erməni akademiklərini dənizə susuz aparıb susuz gətirər. Əslində günah Voskanyanda da deyil - son zamanlar İsmayıl Şabanovun ailəsində maddi problemlər çoxalıb və o səbəbə İrəvanın istənilən təxribatçı və absurd əmrini icra etməklə öz rifahını yüksəltmək niyyətinə düşüb. Bu işdə isə ona digər mənəviyyatsız və soysuz zat - “Zabil Mədoj” köməklik göstərib  (şəkil 2, şəkilin altında qeyd: “Ozodə Tolışston Vindəsədo” televiziyasının nümayəndə heyəti, Voskanyan və digər erməni iştirakçılar, 7 dekabr 2019, İrəvan).

Ancaq belə görünür, İrəvanda olmaqdan özünü ən çox xoşbəxt sayan “Zabil Mədoj”dur. Diqqət edin, onun abırsız sifəti heç Moskvada olmadığı qədər gülür. Özündən xeyli məmnundur. Məlumatlara görə, “Zabil Mədoj” ermənilərlə şəkillər çəkdirib, erməni xanımlara kompliment söyləyib. Belə baxanda məntiqlidir: axı onu dünyada adam yerinə qoyacaq başqa məkan qalmayıb. Doğulduğu Masallının Mahmudavar kəndinə də yolu çoxdan bağlanıb. Kənd camaatı onu əyyaş, müftəxor, tüfeyli həyat tərzi keçirən, spirtli içki aludəçisi kimi tanıyaraq ondan üz döndərib. Onu da bildirək ki, “Zabil Mədoj” 2014-cu ildə Azərbaycanda olduğu dövrdə ailəsində baş vermiş qeyri-adi hadisə (bu barədə yazacağıq) nəticəsində ölkəni birdəfəlik tərk etmək məcburiyyətində qalıb.

zabil mədoj ile ilgili görsel sonucu

Hazırda Bakıda məhkəməsi yaxınlaşan Vətən xaini Fəxrəddin Abboszadə isə etiraf edib ki, “Zabil Mədoj”u erməni kəşfiyyatına şəxsən o özü təklif edib. Abboszadə Azərbaycana deportasiya edildikdən sonra “Zabil Mədoj” başqa bir erməni casusu İsmayıl Şabanova dostluq etməyə başlayıb və birlikdə ermənilərin tapşırıqlarını yerin yetirirlər. İrəvandakı son toplantıda çıxışında isə “Zabil Mədoj” öz soyuna xilaf çıxaraq, ağaları ermənilərin guya Qafqazın köklü xalq olması cəfəngiyyatını dilə gətirib. Halbuki, Qafqazda az qala, uşaq da bilir ki, bölgədə yalnız bir gəlmə xalq var - o da elə ermənilərdir. Ermənilər hətta Dağlıq Qarabağın Marağa kəndində 1978-ci ildə köşürülmənin 150 illiyi ilə bağlı abidə də ucaltmışdlar. Təbii ki, münaqişə başlayanda onu uçurdular. Lakin şəkilləri  arxivdə durur.

O da faktdır ki, məhz I Pyotrun vəsiyyəti ilə Güney Qafqaza, özəlliklə də Azərbaycana köçürülən ermənilər özlərinə yer etdikdən sonra başqa xalqlara qarşı əsassız ərazi iddiaları irəli sürməyə, fitnə-fəsad və qırğınlar törətməyə başlayıblar. Məgər bu Vətən xainləri onu da bilmirlər ki, İrəvan sırf türk sözü olub, Ermənistan isə əzəli Azərbaycan ərazisi olan İrəvan xanlığının yerində peyda olub?!

Amma Zabil kimiləri başqa şey maraqlandırır. O, hətta özünü Şabanovdan da fəal agent, satqın kimi göstərmək istəyir ki, ermənilərdən daha çox pul qoparsın, çünki gələn məlumatlara əsasən, ermənilərin ayırdığı maliyyədən Şabanov onun payını dəfələrlə kəsib. Erməni də elə bilir ki, talış xalının gözündə it kıxı qədər hörməti olmayan bu şərəfsizlərin hesabına talışlarla Azərbaycan türklərinin arasına nifaq sala biləcək, ikinci “Talış-Muğan Respublikası” yaradacaqlar. Daha xəbərləri yoxdur ki, əsrlərlə birgə yaşayan bu iki tolum o qədər bir-birinə qaynayıb-qarışıb ki, artıq ət-dırnaq kimidir, adət-ənənələri, xeyir-şərləri belə, eynidir...    

Zabil Məhərrəmovun Azərbaycan xalqına qarşı etdiyi alçaqlıqlar çoxdur. Amma Azərbaycan ordusu Qarabağda uğurlu hərbi əməliyyat apararaq, işğalçı ordunun “məğlubedilməzlik” mifini darmadağın etdiyi günlərdə - 2016-cı il aprelin 4-də onun Ermənistan ordusunun sıravisinin hərbi paltarda efirə çıxarıb mərd talışları Vətənə xəyanətə çağırması, Qarabağı “Artsax” adlandırması və digər sayıqlamaları Vətən uğrunda şəhid olan minlərlə talışa, onlarına ailələrinə, eləcə də canından keçməyə hazır olan minlərlə soydaşlarımıza həqarətdir və heç vaxt unudulmayacaq.

Bu da azmış kimi, çıxışdan sonra o, Qarabağ ərazisindəki işğalçı ordunun əsgərləri ilə görüşüb və ermənilərin şəninə təriflər söyləyib. Artıq bəllidir ki, bu alçaqlığa görə o, Ermənistan kəşfiyyatından 150 min dram mükafat alıb ki, həmin ərəfədə bu, cəmi 400 dollara yaxın edirdi. Yəqin ki, İrəvana son səfəri zamanı da Zabil Məhərrəmov heç olmasa, 100 min dram almış olar.

Veten Xainleri (2).jpg (169 KB)

Toplantının digər “fəxri qonağı” Zəhləməddin İbrahimova  gəlincə, o, çörəyini yeyib suyunu içdiyi Lənkəran rayonunda xain, ikiüzlü, pula həris, dələduzluq yolu ilə maddi qazanc əldə edən, daim qonşularla münaqişə yaradan biri kimi tanınır. Bütün ailə üzvləri artıq ondan üz döndərib və Azərbaycanda yaşayırlar. İbrahimov özü isə Rusiyada kasıbçılıq içində, miskin həyatını sürür, borcun içində batır və hər gün Fəxrəddin Abboszadə kimi ölkədən qovularaq Azərbaycana veriləcəyindən təlaş keçirir. İndi belə bir adamın Ermənistanın nəzarəti altında fəaliyyət göstərən “Talışıstanın səsi” radiosunda aparıcılıq etməsi, İrəvand Azərbaycana qarşı həqarətlər yağdırması şübhəsiz ki, yalnız 5-3 qəpik əldə etmək naminədir.

İrəvanda macəra axtaran Elşən Həsənov və Rüfət Ağayev  isə deyəsən, hələ də hansı uçuruma doğru getdiklərini anlamırlar. “Zabil Mədoj” erməni kəşfiyyatının tapşırığı əsasında onlara yeni agentlər tapmaqda kömək edir. Elşən Həsənov kimilərin işğalçı ölkənin paytaxtına getməsi də məhz bu sifarişli işin tərkib hissəsidir. Nəticə odur ki, başabəla “ustadı”nın təkidi ilə toplantı zamanı etdiyi çıxışda Elşən Həsənov ermənilərə aşıq olduğunu bəyan edib. Hətta miskincəsinə ermənilərdən talış xalqına kömək etməyi yalvarıb. Ancaq çıxışının bu hissəsi erməniləri feyzyab etsə də, Qafqazda yaşayan azərbaycanlılarla ermənilərin barışacağı barədə danışmağa başlayan kimi, toplantının erməni aparıcısı onun sözünü kəsib və yerinə otuzdurub.

Bəlkə də bu sadəlövh Elşən Həsənov və daxilən iztirablar keçirdiyi deyilən Rüfət Ağayev üçün hələ geri dönmək, şərin yarısından qayıtmaq gec deyil. Hərçənd toplantıda iştirak edən də, onu mətbuatdan izləyən də anlamamış deyil ki, ermənilərin yeganə amalı Azərbaycana qarşı mərdimazarlıq etmək, bu məkrli planda isə üzdəniraq talışlardan alət kimi istifadə etməkdir. Fəqət, qürurlu talış xalqına etnik mənsubiyyətdən başqa heç bir aidiyyəti olmayan bu varlıqlar üçün heç olmasa, Fəxrəddin Abboszadənin acı aqibəti və miskin sonluğu görk olmalıdır...(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam