Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Bu marşrut xəttlərində gecikmələr var -SİYAHI

113 avtobus tıxacda qalıb

Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 41 müntəzəm marşrut xətti üzrə 113 avtobusun hərəkət intervalında gecikmələr var.

Yenixeber.org: Bu barədə Vahid Dispetçer Xidməti məlumat yayıb.

Məlumata əsasən, aşağıdakı küçə və prospektlərdəki sıxlıq səbəbindən bu marşrut xətləri üzrə gecikmələr var

1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-22 dəqiqə gecikmə müşahidə olunur.

2. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

3. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-21 dəqiqə gecikmə müşahidə olunur.

4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 13-20 dəqiqə gecikmə müşahidə olunur.

5. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-21 dəqiqə gecikmə müşahidə olunur.

6. Xocalı prospekti - Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 15-25 dəqiqəyə gecikmə müşahidə olunur.

7. Binəqədi şosesi – şəhər istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-20 dəqiqə gecikmə müşahidə olunur.

8. Şeyx Şamil küçəsi, İstiqlaliyyət küçəsi, Niyazi küçələri Azneft dairəsi istiqamətində 6, 10, 53, 65 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.

9. Salatın Əsgərova küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər 5 və 11 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-22 dəqiqə gecikmə müşahidə olunur.

10. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 18-23 dəqiqə gecikmə müşahidə olunur


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam