Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Şura sədri:“Ərazilərimizdə qızıl və mis yataqlarının qanunsuz istismarına qarşı etiraz edirik”

 

“Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qızıl və mis yataqların qanunsuz istismarına qarşı vətəndaş cəmiyyəti olaraq etiraz edirik”.

Yenixeber.org: Bunu Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında iştitrak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctmai Şuranın sədri Amin Məmmədov deyib.

Şura sədri xatırladıb ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları həmin ərazilərdə monitorinq keçirmək istəsə də, buna imkan verilməyib:

“Təəssüf ki, sülhməramlılar missiyasına uyğun olaraq təxribatın qarşısını almadı və ya ala bilmədi. Nəticədə monitorinqi keçirmək mümkün olmadı. Buradan onlara səslənirəm ki, əgər söz verib öhdəlik götürmüsünüzsə əməl edin”.

“Qarşı tərəf belə bir iddia ortaya atıb ki, guya etirazçılar yolu bağlayıb. Azərbaycan tərəfi rəsmi bəyanat yaydı ki, yolu bizim ölkəmiz yox, məhz Rusiya sülhməramlıları bağlayıb. Humanitar yüklər və təcili tibbi yardım avtomobilləri yoldan istifadə edə bilsələr də, bunu etmirlər. Odur ki, bütün bunlar hamısı şayiədir” – A.Məmmədov əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam